• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.7° Weather Columbus
$
1.7
€
1.9633
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Övlada verilən ev sonradan bölünə bilərmi? – Açıqlama

06 Avqust, 26 / 15:24
A A

Valideynlər sağlığında əmlakını övladlarından birinin adına rəsmiləşdirdikdə, sonradan digər vərəsələrin həmin əmlaka iddia edib-edə bilməyəcəyi ən çox mübahisə doğuran hüquqi məsələlərdən biridir. Bəzi hallarda bu cür rəsmiləşdirmə gələcək münaqişələrin qarşısını alsa da, digər hallarda vərəsələr arasında uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb olur.

Övladlardan birinin adına keçirilən əmlaka digər vərəsələrin iddia hüququ hansı hallarda yaranır?

Cagdas.az xəbər verir ki, bu barədə açıqlama verən vəkil Amid Əsgərov bildirib ki, qanunvericilikdə tərəflər arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq əmlaka mülkiyyət hüququnun başqa şəxs tərəfindən əldə edilməsinin bir neçə forması nəzərdə tutulub.

“Lakin praktikada valideyn-övlad münasibətlərində əmlaka mülkiyyət hüququnun əldə edilməsi daha çox bağışlama müqaviləsinin bağlanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə bir müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir və bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 667.1-ci maddəsində isə qeyd olunur ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakı barəsində bağışlama yolu ilə yalnız o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın”.

Vəkil qeyd edib ki, məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi pay hüququna malik olan şəxs, əgər bağışlanmış əşya mirasın tərkibinə daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər:

“Lakin mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçmişdirsə, həmin hədiyyə hesaba alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunduğu kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bəzi şərtlər eyni vaxtda mövcud olmalıdır.

Belə ki, tələbi irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalıdır, əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalıdır, əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməlidir və həmin əşya mirasın tərkibinə daxil olsaydı, miras əmlakının həcmi artmış olardı.

Beləliklə, bağışlama nəticəsində məcburi pay hüququna malik olan birinci növbə vərəsələrin qanunla təmin edilmiş payı pozulduqda, onlar bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər”. /Demokrat.a

Bənzər Xəbərlər

Cəmiyyət

TƏCİLİ! Geri sayım başladı: Dəhşət yaradan “7 saniyə” iddiası – 12 avqustda…

Avqust 6, 2026
Cəmiyyət

DİM avqustun 8-də imtahan keçirəcək

Avqust 6, 2026
Cəmiyyət

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi

Avqust 6, 2026
Cəmiyyət

Prezident ona Şöhrət ordeni verdi

Avqust 6, 2026
Cəmiyyət

Azərbaycanda BOKT ləğv olundu

Avqust 6, 2026
Cəmiyyət

Ermənistanda əsgər anaları İrəvanın mərkəzində etiraz edir

Avqust 6, 2026

XƏBƏR LENTİ

Övlada verilən ev sonradan bölünə bilərmi? – Açıqlama

06 Avqust, 26 / 15:24

TƏCİLİ! Geri sayım başladı: Dəhşət yaradan “7 saniyə” iddiası – 12 avqustda…

06 Avqust, 26 / 15:10

Ölkə ondan danışır: 1 milyon avroluq çekpot uddu, zibilə atdı və … – FOTOLAR

06 Avqust, 26 / 14:46

DİM avqustun 8-də imtahan keçirəcək

06 Avqust, 26 / 14:42

Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişikliyi təsdiqlədi

06 Avqust, 26 / 14:28

Prezident ona Şöhrət ordeni verdi

06 Avqust, 26 / 14:15

Azərbaycanda BOKT ləğv olundu

06 Avqust, 26 / 14:03

Ermənistanda əsgər anaları İrəvanın mərkəzində etiraz edir

06 Avqust, 26 / 13:48

Sərhədi pozan 19 əcnəbi tutuldu

06 Avqust, 26 / 13:35

İran və Oman Hörmüz boğazı ilə bağlı razılığa gəldi

06 Avqust, 26 / 13:21
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.