• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.6° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Özbəkistanla əməkdaşlıqda YENİ DÖVR – PUA və hərbi kəşfiyyat gündəmdə

24 Avqust, 26 / 14:47
A A

Azərbaycan-Özbəkistan münasibətlərində yeni səhifə açılır. Prezident İlham Əliyevin Özbəkistana səfəri və səfər çərçivəsində imzalanan mühüm siyasi sənədlər Bakı ilə Daşkənd arasındakı əlaqələrin strateji tərəfdaşlıqdan daha dərin mərhələyə keçdiyini göstərir. Xüsusilə əbədi dostluq və qardaşlıq münasibətlərini təsbit edən saziş iki ölkə arasında hərbi və müdafiə əməkdaşlığının da yeni səviyyəyə yüksəldilməsi məsələsini aktuallaşdırır. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərində Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinə bənzər strateji təhlükəsizlik sənədini gündəmə gətirir.

Maraqlıdır, Özbəkistanla da Şuşa bəyannaməsi imzalana bilərmi?

Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq yalnız dostluq və tərəfdaşlıq çərçivəsində deyil, daha geniş strateji məsələlər üzərindən inkişaf edir:

“Azərbaycan-Özbəkistan münasibətlərində növbəti mərhələ artıq dostluq və tərəfdaşlıqdan daha çox strateji məsələlərə söykənəcək. Çünki təhlükəsizlik və müdafiə əməkdaşlığının institusionallaşdırılması mərhələsi qarşıdadır. Azərbaycanın Cənubi Qafqazdakı hərbi təcrübəsi ilə Özbəkistanın Mərkəzi Asiyadakı geosiyasi çəkisini birləşdirməyin vaxtı çoxdan çatıb. Bu, türk dünyasının təhlükəsizlik arxitekturasında yeni mərhələ və yeni məzmun yarada bilər. Ən vacibi də odur ki, bu əməkdaşlıq heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Bu, blok deyil, milli suverenliyin, ərazi bütövlüyünün, sərhəd təhlükəsizliyinin və regional sabitliyin qorunması mexanizmi kimi təqdim edilir. Bu yanaşma həm Bakı, həm də Daşkənd üçün geniş diplomatik manevr imkanları yaradır”.

Deputat qeyd edib ki, 2024 və 2025-ci illərdə Azərbaycan və Özbəkistan arasında siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb və müxtəlif sənədlər imzalanıb.

Onun sözlərinə görə, hər iki ölkə dəyişən geosiyasi və təhlükəsizlik mühitindən istifadə edərək müstəqil qərarvermə imkanlarına malikdir və milli müdafiə qabiliyyətlərini gücləndirməyə çalışır:

“ Azərbaycan və Özbəkistan arasındakı münasibətlər türk dünyasında yeni strateji təhlükəsizlik oxunun formalaşmasına zəmin yarada bilər. Növbəti mərhələdə iki ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlıq proqramının hazırlanması gündəmə gələ bilər. Buraya təcrübə mübadiləsi, orduların qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılması, hərbi kəşfiyyat və təhlükəsizlik məlumatlarının mübadiləsi, kiber təhdidlərə, narkotiklərin qanunsuz dövriyyəsinə və sərhəd təhlükəsizliyinə qarşı birgə tədbirlər daxil edilə bilər.

Birgə hərbi təlimlərin genişləndirilməsi də mümkündür. 2024-cü ildə “Məharət Komando Qərargah” təlimində Azərbaycan və Özbəkistan hərbçiləri iştirak edib. 2025-ci ildə Azərbaycan müdafiə naziri Özbəkistanda keçirilən “Birlik-2025” təliminin iştirakçısı olub. Bu istiqamətdə də ciddi addımlar atılır və əməkdaşlığın genişlənəcəyi gözlənilir. Eyni zamanda hərbi təhsil və kadr hazırlığı, akademiyalar arasında mübadilə, müdafiə sənayesi sahəsində əməkdaşlıq, hərbi texnika və pilotsuz sistemlərin birgə istehsalı kimi istiqamətlər də gündəmə gələ bilər. Azərbaycan bu sahədə ciddi nəticələr əldə edib. Müdafiə məhsullarının birgə istehsalı və üçüncü ölkələrin bazarlarına çıxarılması da mümkün istiqamətlərdəndir. Müasir müharibələr yalnız səngərdə və klassik silahlarla aparılmır. Kiber təhlükəsizlik də Özbəkistanla əməkdaşlığın yeni istiqamətlərindən biri ola bilər”.

Arzu Nağıyev Azərbaycan-Türkiyə-Özbəkistan üçtərəfli formatının da təhlükəsizlik və müdafiə baxımından genişləndirilə biləcəyini düşünür:

“2025-ci ildə bu formatda xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli mexanizmi artıq fəaliyyət göstərir və görüşlər keçirilib. Gələcəkdə bu mexanizmə təhlükəsizlik və müdafiə komponentlərinin də əlavə edilməsi mümkündür. Burada kiber təhlükəsizlik, hərbi logistika, hərbi tibb, müdafiə sənayesi layihələri və müdafiə nazirlərinin üçtərəfli görüşləri kimi istiqamətlər ola bilər.

Bu, NATO tipli hərbi blok yaratmaq deyil. Daha real model çevik, praktiki və konkret təhlükəsizlik əməkdaşlığı platformasının formalaşdırılmasıdır”.

Deputatın sözlərinə görə, perspektivdə Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və digər türk dövlətləri arasında qarşılıqlı təhlükəsizlik imkanlarının əlaqələndirilməsi də mümkün istiqamətlərdən biri ola bilər:

Türk Dövlətləri Təşkilatının yaxın perspektivdə NATO analoquna çevrilməsinin real görünmədiyini, lakin ortaq təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi, hərbi təhsil, fövqəladə hallara hazırlıq və kiber təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilə biləcək. 2024-cü ildə qəbul edilmiş Qarabağ Bəyannaməsində türk dövlətləri arasında sülh və təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi məsələsi ön plana çəkilib. Burada heç bir dövlətin ərazi bütövlüyünə və suverenliyinə təhdiddən söhbət getmir. Daha real istiqamət ortaq təlimlər, informasiya mübadiləsi, müdafiə sənayesi, hərbi təhsil, fövqəladə hallara hazırlıq və kiber təhlükəsizlikdir”.

Arzu Nağıyev sonda vurğulayıb ki, Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iqtisadi, siyasi, mədəni, hərbi və təhsil sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılır:

“Azərbaycanın apardığı siyasətin əsas məqsədi ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün qorunması, hər bir Azərbaycan vətəndaşının rifahının təmin edilməsidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

Avqust 24, 2026
Cəmiyyət

Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir? – VİDEO

Avqust 24, 2026
Cəmiyyət

Milyonlarla istifadəçiyə şad xəbər: 26 avqust 2026-cı ildən etibarən…

Avqust 24, 2026
Cəmiyyət

Marketlərdə yeni dövr başlayır: Qadağa tarixləri açıqlandı

Avqust 24, 2026
Cəmiyyət

Birində 5, digərində 6 manat – Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?

Avqust 24, 2026
Cəmiyyət

Prezidentin sosial media hesablarında Buxara səfərinə dair video paylaşıldı

Avqust 24, 2026

XƏBƏR LENTİ

“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlandı

24 Avqust, 26 / 16:09

Kərə yağı azaldı, palma yağı idxalında rekord artım: Səbəb nədir? – VİDEO

24 Avqust, 26 / 15:54

Milyonlarla istifadəçiyə şad xəbər: 26 avqust 2026-cı ildən etibarən…

24 Avqust, 26 / 15:40

Marketlərdə yeni dövr başlayır: Qadağa tarixləri açıqlandı

24 Avqust, 26 / 15:26

Birində 5, digərində 6 manat – Eyni məhsul marketlərdə niyə fərqli qiymətə satılır?

24 Avqust, 26 / 15:13

Ən itaətkar bürclər BUNLARDIR

24 Avqust, 26 / 15:00

Özbəkistanla əməkdaşlıqda YENİ DÖVR – PUA və hərbi kəşfiyyat gündəmdə

24 Avqust, 26 / 14:47

Prezidentin sosial media hesablarında Buxara səfərinə dair video paylaşıldı

24 Avqust, 26 / 14:35

Azərbaycan və Özbəkistan müttəfiqliklərini dərinləşdirir – “Euronews”

24 Avqust, 26 / 14:20

Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ

24 Avqust, 26 / 14:06
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.