Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan Azərbaycanı bu siyahıya salmadı

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası ölkənin qarşıdakı beş il üçün xarici siyasət istiqamətlərini müəyyənləşdirib. Prioritetlər sırasında Türkiyə, Avropa İttifaqı və ABŞ yer alıb.
Cagdas.az  xəbər verir ki, müvafiq layihə Ermənistanın vahid elektron hökumət portalında dərc olunub.

Sənəddə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması istiqamətində işlərin aparılmasının nəzərdə tutulduğu bildirilir.

Ermənistan həmçinin Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini planlaşdırır.

Növbəti beş il ərzində ABŞ-la münasibətlərin daha da dərinləşdirilməsi də İrəvanın prioritetlərindən biri kimi göstərilir.

Qeyd edək ki, sözügedən sənəddə prioritetlər sırasında Azərbaycanla sülh müqaviləsinin imzalanması barədə hər hansı məsələnin yer almaması diqqət çəkir.\Globalinfo.az\