Son dəqiqə
Sərhədi uçuş aparatı ilə pozan İran vətəndaşı saxlanıldı – DSX-dən ƏMƏLİYYAT Bakıda güclü külək 68 ağaca ziyan vurub Qızıl-gümüş ucuzlaşdı Bu ərazilərə qar yağır AZAL Sabiha Gökçen Hava Limanına uçmayacaq – RƏSMİ Metro stansiyalara yaxın ərazilərdə evlər bahalaşdı – VİDEO Avtomobil almaq istəyənlər bu xəbəri gözləyirdi: ƏDV dəyişir, qiymətlər necə olacaq? Bakıda evləri sökülən sakinlərə ŞAD XƏBƏR: Hər kvadratmetrə 2800 manat… Taksidən istifadə edənlərə PİS XƏBƏR: bahalaşacaq? – VİDEO Yeni tikililərdə yaşayanların DİQQƏTİNƏ: İşığınız və suyunuz kəsilərsə, dərhal buraya müraciət edin!

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib.

Cagdas.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə məsələnin həlli üçün ilk növbədə sərhədin delimitasiyasının aparılmalı olduğunu vurğulayıb.

Baş nazirin sözlərinə görə, həm Ermənistanda, həm də Azərbaycanda bu məsələnin müvafiq həll yolunun tapılması zərurəti ilə bağlı anlayış getdikcə konkretləşir.

“Ermənistan-Azərbaycan sərhədinin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Hiss edirəm ki, həm Ermənistanda, həm də Azərbaycanda müvafiq həll yolunun tapılmasının zəruri olduğu barədə anlayış getdikcə daha konkret xarakter alır”,- deyə Paşinyan bildirib.

Paşinyan, həmçinin Ermənistanın sülhün institusionallaşdırılması prosesinin yekun mərhələsinə daxil olduğunu bildirib.\modern.az\