Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan erməni konyakından imtina etdi – bizim deyil

Cəmiyyət

Ermənistan Baş naziri Nikol Paşinyan ölkədə istehsal olunan konyakın adlandırılması ilə bağlı diqqətçəkən açıqlama verib.

Cagdas.az  xəbər verir ki, Paşinyan bu barədə bu gün Ermənistan parlamentində hökumətin qarşıdakı beş il üçün proqramının müzakirəsi zamanı danışıb.

Baş nazir bildirib ki, beynəlxalq standartlara əsasən “konyak” konkret olaraq Fransanın müəyyən regionunda yerli üzümdən istehsal olunan içkini ifadə edir:

“Bu baxımdan Ermənistan istehsalı olan alkoqollu içkinin “konyak” adlandırılması məsələsinə yenidən baxılmalıdır. Ölkədə məhsulların keyfiyyətinə nəzarət üçün müasir laboratoriyaların yaradılması vacibdir. Lakin onun fikrincə, bəzi məsələlərin həlli üçün laboratoriyalara ehtiyac yoxdur. Dünyada elə bir laboratoriya yoxdur ki, bizim alkoqollu içki ilə bağlı rəy verərək onun konyak olduğunu təsdiqləsin. Çünki “konyak” Fransanın müvafiq regionunda yerli üzümdən istehsal olunan alkoqollu içki deməkdir”.

Ermənistan Baş naziri “konyak” adından imtina məsələsinin ölkədə ciddi müzakirələrə səbəb olduğunu da deyib:

“Bəs biz bu addan imtina etməliyik, ya yox? Mən bunu hökumətdə müzakirə edəndə müxalifət dairələri hakimiyyətin guya növbəti milli sərvətdən imtina etmək istədiyini söyləməyə başlayırlar. Mən bunu başa düşmürəm. Əgər müxalifət razıdırsa, biz müvafiq erməni alkoqollu içkisi üçün “konyak” sözünün istifadəsini qadağan edən qanun layihəsi hazırlaya bilərik”.