Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Paşinyan: Ermənistanda Rusiya qazı ucuz deyil

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinə Rusiyadan tədarük olunan qazın ucuz olmadığını bildirib. O, enerji sahəsində də mənbələrin şaxələndirilməsi siyasətinin davam etdiriləcəyini açıqlayıb.

Cagdas.az  Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan bu barədə ölkəyə Rusiyadan tədarük edilən yanacağın qiymətini şərh edərkən danışıb.

“Ermənistanda qaz ucuz deyil. Elə bir sahə yoxdur ki, orada şaxələndirmə yolu ilə getməyək. Biz müstəqilliyimizi möhkəmləndirəcək və dövlətçiliyimizi inkişaf etdirəcəyik”, – baş nazir deyib.

Paşinyan qiymətlərin artırılması ehtimalına da toxunub. Onun sözlərinə görə, konkret vəziyyətlər konkret qərarların qəbulunu tələb edə bilər:

“Qiymətlərin artırılması ilə bağlı vəziyyət yaranarsa, nəyin bahalaşdırıla biləcəyinə və indiyədək ödənişsiz təqdim olunan hansı xidmət üçün sonradan müvafiq qiymətin müəyyənləşdirilə biləcəyinə baxacağıq”.\modern.az\