Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Paşinyan Putinə cavab verdi: Rusiya hərbi bazasını çıxarmaq istəsə…

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsinin müzakirə edilmədiyini bildirib.

Cagdas.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə Rusiya hərbi bazasının Ermənistanda qalmasının İrəvan üçün həyati zərurət olmadığını deyib.

“Hərbi bazaya gəlincə, belə bir müzakirə olmayıb. Bu müddət ərzində biz 102-ci Rusiya hərbi bazası məsələsini heç vaxt gündəmə gətirməmişik. Bununla belə, hesab etmirik ki, Rusiya hərbi bazasının Ermənistanda mövcudluğu həyati əhəmiyyət daşıyan zərurətdir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya bazanı Ermənistan ərazisindən çıxarmaq qərarına gəlsə, İrəvan buna qarşı çıxmayacaq.

“Əgər Rusiya tərəfi bazanı Ermənistandan çıxarmaq qərarına gəlsə, biz buna etiraz etməyəcəyik. Amma Rusiya tərəfi bazanı saxlamaq istəsə, bu məsələni də müzakirə etməyə hazırıq”, – Ermənistanın baş naziri qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl bildirib ki, Ermənistan Rusiya hərbi bazasına ehtiyac olmadığını düşünürsə, Moskva “hətta sabah” ölkədən çıxa bilər.

102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqavilənin müddətini 2044-cü ilədək uzadıblar.

102-ci bazanın hava komponenti İrəvanda yerləşən “Erebuni” aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB dövlətlərinin vahid hava hücumundan müdafiə sistemi çərçivəsində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi aparır.\modern.az\