Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyan qondarma soyqırıma görə İsrail və beynəlxalq gücləri SƏRT TƏNQİD ETDİ

Cəmiyyət

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı beynəlxalq gücləri və İsrail hökumətini sərt şəkildə tənqid edib. Paşinyan qondarma “erməni soyqırımı” mövzusunun beynəlxalq siyasətdə geosiyasi alətə və silaha çevrilməsinə qarşı çıxıb.

Cagdas.az   xəbər verir ki, Baş nazir parlamentdəki çıxışında aşağıdakı fikirləri səsləndirib:

“Biz qərara gəldik ki, erməni soyqırımının beynəlxalq səviyyədə tanınması xarici siyasət gündəliyimizdə yer almamalıdır. Biz ictimaiyyətimizə bunun səbəbini izah etmək üçün cümlələr qurduğumuz bir vaxtda, hadisələrin özü çox aydın bir izahat verdi. Belə ki, lap bu yaxınlarda İsrail hökuməti böyük qətiyyətlə erməni soyqırımının tanınması prosesinə başladı, ardınca isə eyni qətiyyətlə bu prosesi dayandırdı. Bu, pərdəni aralayan başqa bir mühüm hadisə oldu və nələrin baş verdiyini hamımız gördük”.

Paşinyan çıxışında vurğulayıb ki, beynəlxalq oyunçular ermənilərin faciəsindən öz siyasi maraqları üçün istifadə edirlər:

“Beynəlxalq oyunçular ölənlərimizin qalıqları, sümükləri ilə bir-birlərinin başına vururlar. Lakin ağrıyan bizim başımızdır. Beynəlxalq oyunçular ölənlərimizin sümüklərini silaha çevirir, onlarla bir-birlərinə atəş açırlar. Lakin ölən bizik. Biz erməni soyqırımının silaha çevrilməsi prosesinə son qoymalıyıq. Çünki hətta bunun bizim əlimizdə də bir silah olduğunu düşünmək sadəlövhlüyünə qapılsaq belə, həmin silahın açdığı atəşlərlə dəfələrlə qətlə yetirilmişik və yenə də dəfələrlə qətlə yetiriləcəyik”./Musavat.com/