• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27° Weather Columbus
$
1.7
€
1.9703
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Paşinyan yeni katibini Prezidentlə görüşə gətirdi: Görüşdəki “üçlüklər”

31 Avqust, 26 / 18:15
A A

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Diplomatiyada bəzən masanın üzərindəki sənədlərdən əvvəl masa arxasında kimlərin əyləşməsinə baxırlar. Bişkek görüşündə də liderlərin yanında seçilmiş şəxslər təsadüfi məmurlar deyil. Onların hər biri Azərbaycan-Ermənistan danışıqlarının konkret istiqamətini təmsil edir.

Cagdas.az  xəbər verir ki, Azərbaycan tərəfdən görüşdə Baş nazirin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.Ermənistan nümayəndə heyətinə isə Baş nazirin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Alen Simonyan daxil olub.

Beləliklə, masanın hər iki tərəfində üç əsas xətt görünür: sərhəd və kommunikasiyalar, sülh sənədi və diplomatiya, təhlükəsizlik və strateji koordinasiya.

Şahin Mustafayev və Mher Qriqoryan uzun müddətdir bir-birini danışıqlar masasından tanıyırlar. Onlar Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyalara rəhbərlik edirlər. Bu iki məmurun birgə işi artıq ümumi siyasi bəyanatlardan daha çox xəritələr, konkret sərhəd sahələri, hüquqi sənədlər və texniki razılaşmalarla bağlıdır.

Komissiyaların məhz bu iki Baş nazir müavini tərəfindən idarə olunduğunu Nikol Paşinyan da əvvəlki açıqlamalarından birində təsdiqləyib.

Ş. Mustafayev və Qriqoryanın Bişkek masasında olması sərhədlərin delimitasiyası, növbəti sahələr üzrə iş, nəqliyyat kommunikasiyaları və iqtisadi əlaqələrin qurulması kimi mövzuların prosesdəki əhəmiyyətini göstərir.

Masanın ikinci xəttini Ceyhun Bayramov və Ararat Mirzoyan təmsil edirdi.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi üzrə danışıqların əsas diplomatik simalarıdır. Mübahisəli ifadələrin razılaşdırılması, hüquqi terminlərin seçilməsi və tərəflərin mövqelərinin rəsmi sənədə çevrilməsi onların rəhbərlik etdiyi komandaların üzərinə düşür.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni məhz Ceyhun Bayramov və Ararat Mirzoyan tərəfindən paraflanıb.

Həmin görüşdə xarici işlər nazirləri ATƏT-in Minsk Prosesi və onunla bağlı strukturların bağlanması üçün birgə müraciət də imzalayıblar.

Nazirlərin iştirakı hüquqi və diplomatik gündəmin hələ də prosesin əsas sütunlarından biri olduğunu göstərir. Sazişin imzalanması, sonrakı ratifikasiya prosedurları və diplomatik münasibətlərin qurulması kimi məsələlər xarici siyasət qurumlarının birbaşa işidir.

Alen Simonyanın Bişkek görüşündə iştirakı ayrıca diqqət çəkir. O, avqustun 13-də – İlham Əliyevlə Nikol Paşinyanın görüşündən cəmi 18 gün əvvəl Təhlükəsizlik Şurasının katibi təyin edilib. Buna qədər beş il Ermənistan parlamentinin sədri olub.

Paşinyan Simonyanı Təhlükəsizlik Şurasının kollektivinə təqdim edərkən onun əvvəlki dövrdə də Ermənistan üçün mühüm və strateji qərarların qəbulunda iştirak etdiyini bildirib. Bu baxımdan Simonyanın yeni vəzifədə ilk mühüm regional danışıqlardan birində Paşinyanın yanında əyləşməsi təsadüfi görünmür.

Hikmət Hacıyevlə Alen Simonyanın vəzifələri formal baxımdan eyni deyil. Lakin hər ikisi liderlərin yaxın siyasi çevrəsini və qərarların strateji koordinasiyası xəttini təmsil edir. Onların masada olması görüşdə yalnız sülh sənədinin deyil, təhlükəsizlik məsələlərinin və əldə olunan razılaşmaların siyasi icra mexanizmlərinin də əhəmiyyət daşıdığını göstərir.

Bənzər Xəbərlər

Cəmiyyət

Bişkekdə Əliyevlə Pezeşkian görüşüb – GÖRÜNTÜLƏR

Avqust 31, 2026
Cəmiyyət

Putin də Qırğızıstana getdi – bir sıra liderlərlə görüşəcək

Avqust 31, 2026
Cəmiyyət

İlham Əliyevin Paşinyanla görüşündə GÖZDƏN QAÇAN DETAL

Avqust 31, 2026
Cəmiyyət

İlham Əliyev – Paşinyan görüşü bitib – YENİLƏNİB 2 – GÖRÜNTÜ

Avqust 31, 2026
Cəmiyyət

Dövlət Agentliyi “Aztelekom”la bağlı araşdırma aparır

Avqust 31, 2026
Cəmiyyət

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

Avqust 31, 2026

XƏBƏR LENTİ

Bişkekdə Əliyevlə Pezeşkian görüşüb – GÖRÜNTÜLƏR

31 Avqust, 26 / 18:56

Putin də Qırğızıstana getdi – bir sıra liderlərlə görüşəcək

31 Avqust, 26 / 18:41

İlham Əliyevin Paşinyanla görüşündə GÖZDƏN QAÇAN DETAL

31 Avqust, 26 / 18:28

Paşinyan yeni katibini Prezidentlə görüşə gətirdi: Görüşdəki “üçlüklər”

31 Avqust, 26 / 18:15

İlham Əliyev – Paşinyan görüşü bitib – YENİLƏNİB 2 – GÖRÜNTÜ

31 Avqust, 26 / 18:01

Dövlət Agentliyi “Aztelekom”la bağlı araşdırma aparır

31 Avqust, 26 / 17:47

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

31 Avqust, 26 / 17:31

Türk Kipri ilə bağlı YENİ gəlişmə – Bakı və Ankaradan GÖZLƏNTİ

31 Avqust, 26 / 17:17

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

31 Avqust, 26 / 17:03

“Teatrı sökdü, yerində 22 mərtəbəli göydələn tikdi” – Polad Bülbüloğlu ilə bağlı YENİ İDDİALAR

31 Avqust, 26 / 16:49
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.