Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Paşinyandan səs-küylü qərar: Komandası da bunu gözləmirdi

Cəmiyyət

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın vəzifəsindən azad edilməsi hökumət dairələrində kifayət qədər gərgin vəziyyət yaradıb.

Cagdas.az  xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Qriqoryan vəzifəsindən incimiş və qəzəbli şəkildə ayrılıb:

Dünən səhər tezdən Baş nazir Nikol Paşinyan Armen Qriqoryanı getməməyə inandırmağa çalışıb və ona baş məsləhətçisi vəzifəsində işləməyə davam etməyi təklif edib. Amma Qriqoryan təklifi qəti şəkildə rədd edib.

Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən son anda göndərilib, Nikol Paşinyan isə hökumət dairələrində səslənən əks-arqumentlərə baxmayaraq, qərarını dəyişməyib.

Hakim komanda daxilində parlamentin keçmiş sədri Alen Simonyanın yeni vəzifəyə təyin olunması ilə bağlı əvvəlcədən heç bir məlumat olmayıb. Onun komanda yoldaşları belə qısa müddətdə belə bir qərarın verilə biləcəyini ağlına gətirməyib.

Həmçinin komanda yoldaşlarına Alen Simonyanın uzun müddət hökumət arenasını tərk edəcəyi və aktiv siyasi proseslərdən uzaqlaşacağı barədə zəmanət verilib. Son baş verənlər isə hakimiyyət daxilində kifayət qədər gərgin vəziyyət yaranıb. Armen Qriqoryanın vəzifədən uzaqlaşdırılması və yerinə Alen Simonyanın təyin edilməsi ilə daxildə uzun müddət səngiməyəcək gərgin müzakirələrin önü açılıb. Çoxları inqilab zamanı Paşinyanın yanında dayanan Qriqoryanı incitməyin düzgün olmadığına inanır”./Teleqraf