Son dəqiqə
Dərmanları bu 2 otaqda saxlamaq təhlükəlidir – Mütəxəssisdən xəbərdarlıq Oktyabrda varlanmaq şansı ola biləcək BÜRCLƏR Bu ilin səkkiz ayında qeydə alınan ölüm sayı açıqlanıb Azərbaycanda müğənnilər 15 min manat qazanıb, 20 manat vergi ödəyirlər Tesla uçan avtomobilini təqdim etdi: havada salto vurdu – VİDEO Azərbaycanda nikahların və boşanmaların sayı azalıb Azərbaycandan olan nümayəndə heyəti Samsun Böyükşəhər Bələdiyyəsinin sədri ilə görüşüb – FOTOLAR Azərbaycan millisi bu gün DÇ-2028-in səfər oyununa çıxır Rusiya rəsmisi: Hörmüz boğazında müharibənin nə vaxt bitəcəyi bəlli deyil CHP-də 48 nəfər partiyadan xaric edildi – tanınmış siyasətçilər də siyahıdadır
Reklam
Reklam

Paşinyanın müavini Azərbaycanla anklavların dəyişdirilməsindən danışdı

Cəmiyyət

Ermənistan və Azərbaycan arasında anklavların mübadiləsi ilə bağlı razılaşma yoxdur.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İrəvanda keçirilən COP17 tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

M.Qriqoryan Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavların mübadiləsi ilə bağlı müxtəlif variantların müzakirə edildiyinə dair paylaşımını şərh edib.

O vurğulayıb ki, tərəflər arasında bu məsələ ilə bağlı razılaşma əldə olunmayıb.

İrəvanın anklav və eksklav məsələsi ilə bağlı Bakıya hansı təklifi verdiyi barədə suala cavabında isə baş nazirin müavini təfərrüatları açıqlaya bilməyəcəyini deyib.

“Yanaşmalar və prosedurlar aydın şəkildə müəyyənləşdirilib və qaydaya salınıb. Biz təsdiq edilmiş prosedurlar çərçivəsində hərəkət edəcəyik”, – deyə Qriqoryan bildirib.

Anklavların mübadiləsinin nəzərdə tutulub-tutulmadığı barədə suala cavabında o, baş nazirin mətbuat konfransında bütün zəruri izahların artıq verildiyini düşündüyünü qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl sərhədin hər iki tərəfində sülhün təmin olunması üçün anklav və eksklavların olmamalı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan müvafiq əraziləri dəqiq ölçülərinə uyğun şəkildə mübadilə etməlidirlər.

Paşinyan daha sonra mümkün ərazi mübadiləsindən əvvəl keçmiş anklavların yerləşdiyi ərazilərdə delimitasiya prosesinin aparılmasının vacibliyini vurğulayıb.

Ermənistanın baş naziri ərazi mübadiləsinin hüquqi baxımdan mürəkkəb proses olduğunu və təhlil tələb etdiyini də bildirib. Onun sözlərinə görə, bu variant uzun müddətdir müzakirə olunur.\modern.az\