Pasportsuz səyahət edən bilən 3 nəfər var – Onlar kimdir?

Dünyada milyonlarla insan xarici ölkələrə səfər edərkən pasport göstərməli və sərhəd nəzarətindən keçməlidir. Lakin bu qaydadan istisna edilən cəmi üç nəfər var. Onlar adi vətəndaşlar deyil, iki qədim monarxiyanın hökmdarlarıdır.

Cagdas.az  xarici mediaya istinadən xəbər verir ki, burada söhbət Böyük Britaniya kralı III Çarlz, Yaponiya imperatoru Naruhito və imperatriça Masakodan gedir. Bu üç şəxs beynəlxalq səfərlər zamanı pasport təqdim etmək məcburiyyətində deyil.

III Çarlz üçün bu xüsusi imtiyaz Kraliça II Elizabetin vəfatından sonra ona keçib. Britaniya kralı xarici ölkələrə səfər edərkən adi pasportdan istifadə etmir. Bunun əvəzinə onun üçün xüsusi sənəd hazırlanır. Sənəddə digər ölkələrin hakimiyyət orqanlarından kralın sərbəst keçidinin təmin edilməsi, eləcə də ona lazımi müdafiə və yardım göstərilməsi xahiş olunur.

Maraqlıdır ki, bu güzəşt Britaniya kral ailəsinin digər üzvlərinə şamil edilmir. Kral ailəsinin üzvləri xarici səfərlər zamanı adi pasportlardan istifadə edirlər.

Yaponiyada isə pasportsuz səyahət hüququ imperator və imperatriçəyə aiddir. 1971-ci ildə müəyyənləşdirilmiş xüsusi qaydalara əsasən, imperator və imperatriçəyə adi pasportun verilməsi və onların digər ölkələrdə standart sərhəd prosedurlarından keçirilməsi uyğun hesab edilmir.

İmperator Naruhito və imperatriça Masako xarici səfərləri zamanı Yaponiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi xüsusi sənəddən istifadə edirlər. Onların səfər edəcəyi ölkənin hakimiyyət orqanlarına da əvvəlcədən məlumat verilir.

Beləliklə, dünyada pasport olmadan beynəlxalq səfər edə bilən cəmi üç nəfər var. Onların bu xüsusi statusu vətəndaşlıqdan deyil, tutduqları ali dövlət vəzifəsindən irəli gəlir.\metbuat.az\

 

Bənzər Xəbərlər

XƏBƏR LENTİ