• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.5° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pay torpaqları vətəndaşlardan alınacaq? – AÇIQLAMA

05 Sentyabr, 26 / 17:07
A A

“Son illər üzrə Dövlət Proqramında torpaq sahələrinin parçalanmasının aradan qaldırılması və kənd təsərrüfatında torpaqlardan daha səmərəli istifadə məqsədilə torpaq konsolidasiyası, yəni ayrı-ayrı kiçik sahələrin könüllü şəkildə birləşdirilməsi nəzərdə tutulub”.
Cagdas.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, bu proseslə bağlı ən çox müzakirə olunan məqam pay torpaqlarının vətəndaşlardan alınıb-alınmayacağıdır:

“Pay torpaqları heç bir halda vətəndaşlardan məcburi şəkildə alınmayacaq. Konsolidasiya yalnız torpaq sahibinin razılığı əsasında həyata keçirilə bilər. Torpağın birgə istifadəyə verilməsi isə həmin sahəyə mülkiyyət hüququnun itirilməsi demək deyil.

Konsolidasiyanın əsas məqsədi xırda və parçalanmış torpaq sahələrini daha səmərəli təsərrüfat fəaliyyətinə cəlb etməkdir. Kiçik sahələrdə müasir suvarma sistemlərinin qurulması, texnikadan səmərəli istifadə və məhsulun maya dəyərinin aşağı salınması bəzən çətin olur. Sahələr birləşdirildikdə isə kombayn, traktor və digər kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə etmək, suya qənaət və məhsuldarlığı artırmaq imkanları genişlənir.

Məsələn, bir neçə fermer öz torpaqlarını könüllü şəkildə birgə istifadəyə verərsə, həmin sahələr vahid təsərrüfat kimi becərilə bilər. Əldə olunan gəlirin bölüşdürülməsi isə bir qayda olaraq, birləşdirilən torpaqların ümumi sahədəki payına uyğun həyata keçirilə bilər. Beləliklə, fermer torpağını itirmədən daha böyük təsərrüfatın imkanlarından yararlanır”.

Vüqar Bayramov əlavə edib ki, bu istiqamətdə Niderland, İsrail və Cənubi Koreya kimi ölkələrin təcrübəsinin öyrənilməsi də təsadüfi deyil:

“Həmin ölkələrin təcrübəsi göstərir ki, torpaqların daha səmərəli təşkil olunması kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə və istehsal imkanlarının genişlənməsinə şərait yarada bilər.

Azərbaycanda aparılmış torpaq islahatının əsas prinsiplərindən biri olan ədalətlilik və vətəndaşın mülkiyyət hüququnun qorunması bu prosesdə də əsas götürülür. Buna görə də konsolidasiya torpağın sahibindən alınması deyil, torpaq sahibinə öz sahəsindən daha səmərəli istifadə etmək və gəlirini artırmaq üçün yeni imkanların yaradılması kimi nəzərdə tutulur.

Bir sözlə, vətəndaşın razılığı olmadan onun pay torpağı birləşdirilməyəcək və mülkiyyət hüququ əlindən alınmayacaq. Əsas hədəf torpaqları vətəndaşlardan almaq deyil, parçalanmış sahələrin daha səmərəli istifadəsi, xərclərin azaldılması, məhsuldarlığın artırılması və nəticədə fermerlərin gəlirlərinin yüksəldilməsidir”. (Baku.ws)

Bənzər Xəbərlər

Cəmiyyət

Sentyabrda tıxacların qarşısını almaq üçün 150 avtobus xəttə çıxacaq

Sentyabr 5, 2026
Cəmiyyət

Gümrüdəki Rusiya bazası: Moskva niyə Ermənistanda qalmaq İSTƏYİR…

Sentyabr 5, 2026
Cəmiyyət

Müəllimlərin maaşı ölkə ortalamasından 27 faiz aşağıdır

Sentyabr 5, 2026
Cəmiyyət

Azərbaycanda qadınlar kişilərdən 389 manat az qazanır

Sentyabr 5, 2026
Cəmiyyət

Veteran təqaüdü 100 manata qaldırıla bilər – DEPUTAT AÇIQLADI

Sentyabr 5, 2026
Cəmiyyət

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

Sentyabrda tıxacların qarşısını almaq üçün 150 avtobus xəttə çıxacaq

05 Sentyabr, 26 / 18:04

Gümrüdəki Rusiya bazası: Moskva niyə Ermənistanda qalmaq İSTƏYİR…

05 Sentyabr, 26 / 17:46

Müəllimlərin maaşı ölkə ortalamasından 27 faiz aşağıdır

05 Sentyabr, 26 / 17:27

Pay torpaqları vətəndaşlardan alınacaq? – AÇIQLAMA

05 Sentyabr, 26 / 17:07

Azərbaycanda qadınlar kişilərdən 389 manat az qazanır

05 Sentyabr, 26 / 16:47

Veteran təqaüdü 100 manata qaldırıla bilər – DEPUTAT AÇIQLADI

05 Sentyabr, 26 / 16:29

Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı

05 Sentyabr, 26 / 16:11

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

05 Sentyabr, 26 / 15:50

BMT qəbul etdi: Dünya xəritəsi dəyişir

05 Sentyabr, 26 / 15:31

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq

05 Sentyabr, 26 / 15:12
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.