• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.3° Weather Columbus
$
1.7
€
1.9638
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Pedaqoji ixtisasların plan yerləri və təhsil haqları – TAM SİYAHI

10 Avqust, 26 / 14:33
A A

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı pedaqoji ixtisaslar üzrə plan yerləri və illik təhsil haqları məlum olub.

Cagdas.az saytı “Abituriyent” jurnalının 4-cü nömrəsində dərc olunan qəbul planı əsasında pedaqoji ixtisaslar üzrə qəbul aparan ali təhsil müəssisələrini, ayrılan plan yerlərini və illik təhsil haqlarını təhlil edib.

Məlum olub ki, I, II, III, IV və V ixtisas qruplarında müəllim hazırlığı aparılan proqramlarda illik təhsil haqqı universitet, ixtisas, tədris dili və filialdan asılı olaraq fərqlənir.

I ixtisas qrupu

Bakı Dövlət Universitetində Fizika müəllimliyi üzrə 120 plan yeri ayrılıb və illik təhsil haqqı 2500 manat, Riyaziyyat müəllimliyi üzrə 120 yer və 2600 manat, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 100 yer və 2200 manat müəyyənləşdirilib.

Tədrisi ingilis dilində Fizika müəllimliyi üzrə 20 yer və 2500 manat, Riyaziyyat müəllimliyi üzrə 20 yer və 2600 manat nəzərdə tutulub. Rus bölməsində İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 15 yer ayrılıb, illik təhsil haqqı 2200 manatdır.

BDU-nun Qazax filialında Riyaziyyat müəllimliyi və Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyinin hər biri üzrə 20 plan yeri ayrılıb. Hər iki proqramda illik təhsil haqqı 1500 manatdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika müəllimliyi üzrə 90, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 100, Riyaziyyat müəllimliyi üzrə 90, Riyaziyyat və fizika müəllimliyi üzrə 15, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 90, Texnologiya müəllimliyi üzrə isə 40 plan yeri ayrılıb. Bu proqramların hər birində illik təhsil haqqı 2400 manatdır.

ADPU-nun ingilisdilli proqramlarında Fizika müəllimliyi üzrə 20, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi və Riyaziyyat müəllimliyi üzrə hər birinə 30 yer ayrılıb və illik ödəniş 2400 manatdır. Rus bölməsində Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20, Texnologiya müəllimliyi üzrə 15 yer nəzərdə tutulub; təhsil haqqı 2400 manatdır.

ADPU-nun filiallarında isə pedaqoji proqramlar üzrə illik təhsil haqqı əsasən 2100 manatdır. Şamaxı filialında Fizika müəllimliyi üzrə 15, Riyaziyyat və informatika müəllimliyi üzrə 20; Şəki filialında Riyaziyyat və informatika müəllimliyi üzrə 30; Ağcabədi filialında Fizika müəllimliyi üzrə 10, Riyaziyyat müəllimliyi və Riyaziyyat və informatika müəllimliyinin hər biri üzrə 15; Quba filialında Riyaziyyat müəllimliyi üzrə 20, Riyaziyyat və informatika müəllimliyi üzrə 25 plan yeri ayrılıb.

Naxçıvan Dövlət Universitetində Fizika müəllimliyi üzrə 15 yer və 1600 manat, Riyaziyyat müəllimliyi üzrə 15 yer və 1700 manat, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 15 yer və 1700 manat, Texnologiya müəllimliyi üzrə 15 yer və 1700 manat müəyyənləşdirilib. Tədrisi ingilis dilində Riyaziyyat müəllimliyi üzrə 15 yer ayrılıb, illik ödəniş 1800 manatdır.

Gəncə Dövlət Universitetində Fizika müəllimliyi üzrə 20 yer və 1700 manat, Riyaziyyat müəllimliyi üzrə 20 yer və 1900 manat, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 25 yer və 2000 manat, Texnologiya müəllimliyi üzrə 40 yer və 1700 manat nəzərdə tutulub.

Mingəçevir Dövlət Universitetində Fizika müəllimliyi, İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi, Riyaziyyat müəllimliyi və Texnologiya müəllimliyinin hər biri üzrə 15, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 20 plan yeri ayrılıb. Bütün bu proqramlarda illik təhsil haqqı 1600 manatdır.

Lənkəran Dövlət Universitetində Fizika müəllimliyi üzrə 20, Riyaziyyat müəllimliyi və Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyinin hər biri üzrə 30, Texnologiya müəllimliyi üzrə 20 plan yeri ayrılıb. İllik təhsil haqqı 2000 manatdır.

Xəzər Universitetində Fizika müəllimliyi üzrə 10, tədrisi ingilis dilində Fizika müəllimliyi üzrə 5, Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 40 plan yeri ayrılıb. Təhsil haqqı 0-4500 manat aralığında göstərilib.

“Odlar Yurdu” Universitetində tədrisi ingilis dilində Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi üzrə 25 plan yeri ayrılıb, illik təhsil haqqı 2500 manatdır.

II ixtisas qrupu

Bakı Dövlət Universitetində Coğrafiya müəllimliyi üzrə 60 plan yeri ayrılıb, illik təhsil haqqı 2200 manatdır. BDU-nun Qazax filialında Tarix və coğrafiya müəllimliyi üzrə 20 yer nəzərdə tutulub və illik ödəniş 1500 manatdır.

ADPU-da Coğrafiya müəllimliyi üzrə 90, Tarix və coğrafiya müəllimliyi üzrə 45 plan yeri ayrılıb. Hər iki proqramda illik təhsil haqqı 2400 manatdır. Tədrisi ingilis dilində Tarix və coğrafiya müəllimliyi üzrə 25 yer və 2400 manat nəzərdə tutulub.

ADPU-nun Şamaxı, Şəki və Cəlilabad filiallarında Tarix və coğrafiya müəllimliyi üzrə hər birində 20 yer, Quba filialında Coğrafiya müəllimliyi üzrə 20 yer ayrılıb. Filiallarda illik təhsil haqqı 2100 manatdır.

Naxçıvan Dövlət Universitetində Coğrafiya müəllimliyi üzrə 15 yer ayrılıb, illik təhsil haqqı 1600 manatdır.

Gəncə Dövlət Universitetində Coğrafiya müəllimliyi üzrə 15 yer və 1800 manat, Tarix və coğrafiya müəllimliyi üzrə 20 yer və 2000 manat müəyyənləşdirilib.

Sumqayıt Dövlət Universitetində Tarix və coğrafiya müəllimliyi üzrə 20 yer ayrılıb, illik təhsil haqqı 1900 manatdır.

Lənkəran Dövlət Universitetində Tarix və coğrafiya müəllimliyi üzrə 30 plan yeri və 2000 manat illik təhsil haqqı nəzərdə tutulub.

Qarabağ Universitetində Coğrafiya müəllimliyi üzrə 30 plan yerinin hamısı dövlət sifarişlidir.

Xəzər Universitetində Coğrafiya müəllimliyi üzrə 10, Tarix və coğrafiya müəllimliyi üzrə 20 plan yeri ayrılıb. Təhsil haqqı 0-4500 manatdır.

III ixtisas qrupu

Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 40 plan yeri ayrılıb, illik təhsil haqqı 2200 manatdır. Tarix müəllimliyi üzrə 90 yer və 2500 manat, tədrisi ingilis dilində Tarix müəllimliyi üzrə isə 20 yer və 2500 manat nəzərdə tutulub. Qazax filialında Məktəbəqədər təhsil üzrə 20 yer ayrılıb, illik təhsil haqqı 1600 manatdır.

ADPU-da Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 150, Dil və ədəbiyyat müəllimliyi (türk dili üzrə) üzrə 25, Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 50, Xarici dil müəllimliyi (fransız dili üzrə) üzrə 25, İbtidai sinif müəllimliyi üzrə 180, Məktəbəqədər təhsil üzrə 75, Tarix müəllimliyi üzrə 60 plan yeri ayrılıb. Bu proqramlarda illik təhsil haqqı 2400 manatdır.

ADPU-nun Şamaxı, Şəki, Ağcabədi, Cəlilabad və Quba filiallarında Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil və Tarix müəllimliyi proqramları üzrə əsasən 15-20 plan yeri ayrılıb, illik təhsil haqqı 2100 manatdır.

Azərbaycan Dillər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 25 yer və 2200 manat, Dil və ədəbiyyat müəllimliyi (ingilis dili və ədəbiyyatı üzrə) üzrə 25 yer və 3000 manat, alman və fransız dili və ədəbiyyatı üzrə Dil və ədəbiyyat müəllimliyinin hər birində 15 yer və 2000 manat müəyyənləşdirilib. Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 475 yer və 3000 manat, alman və fransız dili üzrə Xarici dil müəllimliyinin hər birində 30 yer və 2000 manat nəzərdə tutulub.

Bakı Slavyan Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 50 yer və 2200 manat, Xarici dil müəllimliyi (rus dili üzrə) üzrə 130 yer və 2400 manat, ingilis dili üzrə 20 yer və 2400 manat, alman dili üzrə 15 yer və 2100 manat, fransız dili üzrə 20 yer və 2100 manat müəyyənləşdirilib. İbtidai sinif müəllimliyi və Məktəbəqədər təhsil üzrə hər birində 20 yer ayrılıb, illik ödəniş 2400 manatdır. Rus bölməsində də Dil və ədəbiyyat müəllimliyi, Xarici dil müəllimliyi, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil və Tarix müəllimliyi üzrə qəbul aparılır.

Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 20 yer və 1600 manat, Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 20 yer və 1800 manat, fransız, alman və rus dilləri üzrə Xarici dil müəllimliyinin hər birində 10 yer və 1100 manat, İbtidai sinif müəllimliyi və Tarix müəllimliyinin hər birində 15 yer və 1600 manat, Məktəbəqədər təhsil üzrə 15 yer və 1600 manat nəzərdə tutulub.

Xəzər Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə 20, Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 40, İbtidai sinif müəllimliyinin Azərbaycan və ingilis dilli proqramlarının hər biri üzrə 20, Tarix müəllimliyi üzrə 15 plan yeri ayrılıb. Təhsil haqqı 0-4500 manatdır.

“Odlar Yurdu” Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə) üzrə 20 yer ayrılıb, illik təhsil haqqı 3500 manatdır.

IV ixtisas qrupu

Bakı Dövlət Universitetində Biologiya müəllimliyi üzrə 50 plan yeri ayrılıb və illik təhsil haqqı 2300 manatdır. Kimya müəllimliyi üzrə 100 yer ayrılıb, illik təhsil haqqı 2600 manatdır. Rus bölməsində Biologiya müəllimliyi üzrə 15 yer və 2300 manat nəzərdə tutulub. Qazax filialında Kimya və biologiya müəllimliyi üzrə 20 yer ayrılıb, illik təhsil haqqı 1500 manatdır.

ADPU-da Biologiya müəllimliyi üzrə 130, Kimya müəllimliyi üzrə 100, Kimya və biologiya müəllimliyi üzrə 120 plan yeri ayrılıb. Rus bölməsində Kimya və biologiya müəllimliyi üzrə əlavə 20 yer nəzərdə tutulub. Bu proqramların hamısında illik təhsil haqqı 2400 manatdır.

Naxçıvan Dövlət Universitetində Biologiya müəllimliyi və Kimya müəllimliyinin hər biri üzrə 15 plan yeri ayrılıb, illik təhsil haqqı 1600 manatdır.

Gəncə Dövlət Universitetində Biologiya müəllimliyi üzrə 15 yer və 1600 manat, Kimya müəllimliyi üzrə 15 yer və 1100 manat, Kimya və biologiya müəllimliyi üzrə Azərbaycan bölməsində 20, ingilisdilli proqramda 15, rus bölməsində isə 15 yer ayrılıb. Sonuncu proqramlarda illik təhsil haqqı 1900 manatdır.

Sumqayıt Dövlət Universitetində Biologiya müəllimliyi üzrə 20, Kimya müəllimliyi üzrə 15, tədrisi ingilis dilində Kimya müəllimliyi üzrə 15, Kimya və biologiya müəllimliyi üzrə 30 yer ayrılıb. İllik təhsil haqqı 1900 manatdır.

Mingəçevir Dövlət Universitetində Kimya və biologiya müəllimliyi üzrə 15 plan yeri ayrılıb, illik təhsil haqqı 1600 manatdır.

Lənkəran Dövlət Universitetində Kimya və biologiya müəllimliyi üzrə 30 yer ayrılıb, illik təhsil haqqı 2000 manatdır.

Qarabağ Universitetində Biologiya müəllimliyi və Kimya müəllimliyinin hər biri üzrə 30 plan yeri ayrılıb. Hər iki ixtisas üzrə bütün yerlər dövlət sifarişlidir.

V ixtisas qrupu

V qrupda müəllim hazırlığı əsasən fiziki tərbiyə, musiqi və təsviri incəsənət istiqamətlərini əhatə edir.

BDU-nun Qazax filialında Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə 30 yer ayrılıb, illik təhsil haqqı 1500 manatdır.

ADPU-da Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə Azərbaycan bölməsində 50, rus bölməsində 20, Musiqi müəllimliyi üzrə 30, Təsviri incəsənət müəllimliyi üzrə Azərbaycan bölməsində 90, rus bölməsində 20 plan yeri ayrılıb. Bütün proqramlarda illik təhsil haqqı 2400 manatdır.

Azərbaycan Milli Konservatoriyasında Musiqi müəllimliyi üzrə 25 plan yeri ayrılıb, illik təhsil haqqı 2000 manatdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Musiqi müəllimliyi üzrə 20, Təsviri incəsənət müəllimliyi üzrə 40 yer ayrılıb. Hər iki proqramda illik təhsil haqqı 2200 manatdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Təsviri incəsənət müəllimliyi üzrə 40 yer ayrılıb, illik təhsil haqqı 2300 manatdır.

Azərbaycan İdman Akademiyasında Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə 275 plan yeri ayrılıb, illik təhsil haqqı 3000 manatdır.

Naxçıvan Dövlət Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə 30 yer və 1700 manat, Musiqi müəllimliyi üzrə 15 yer və 1500 manat, Təsviri incəsənət müəllimliyi üzrə 15 yer və 1600 manat müəyyənləşdirilib.

Sumqayıt Dövlət Universitetində Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üzrə 20 yer ayrılıb, illik təhsil haqqı 1900 manatdır.

Lənkəran Dövlət Universitetində Musiqi müəllimliyi üzrə 25, Təsviri incəsənət müəllimliyi üzrə 20 yer ayrılıb və hər iki proqramda illik təhsil haqqı 2000 manatdır.

Qarabağ Universitetində Musiqi müəllimliyinin iki istiqaməti üzrə ümumilikdə 20 plan yeri ayrılıb və yerlərin hamısı dövlət sifarişlidir.

Xəzər Universitetində Təsviri incəsənət müəllimliyi üzrə 20 plan yeri ayrılıb, təhsil haqqı 0-4500 manat aralığında göstərilib.

Beləliklə, təqdim olunan məlumatlara əsasən, müəllimlik ixtisaslarında ödənişli proqramlar üzrə illik təhsil haqqı 1100 manatdan başlayaraq 4500 manatadək dəyişir. Dövlət universitetləri arasında ən aşağı göstərilən məbləğ Gəncə Dövlət Universitetində Kimya müəllimliyi üzrə 1100 manatdır. Eyni məbləğ Naxçıvan Dövlət Universitetində fransız, alman və rus dilləri üzrə Xarici dil müəllimliyi proqramlarında da müəyyən edilib. Özəl ali məktəblər arasında isə Xəzər Universitetində bəzi müəllimlik proqramları üzrə təhsil haqqı 0-4500 manat intervalında təqdim olunur.

Plan yerləri baxımından ayrı-ayrı proqramlar arasında ciddi fərq var. Nümunə olaraq, Azərbaycan Dillər Universitetində Xarici dil müəllimliyi (ingilis dili üzrə) üçün 475, Azərbaycan İdman Akademiyasında Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi üçün 275, ADPU-da İbtidai sinif müəllimliyi üçün 180, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üçün isə 150 plan yeri ayrılıb. Qarabağ Universitetində qeyd olunan pedaqoji proqramlarda qəbul dövlət sifarişi əsasında həyata keçirilir.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Kartlara mədaxil limitlərinə yenidən baxıla bilər

Avqust 10, 2026
Cəmiyyət

“Şərurlu İsfəndiyar”dan ŞOK AÇIQLAMA: “Mən rəsmi şəkildə rektoram”

Avqust 10, 2026
Cəmiyyət

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

Avqust 10, 2026
Cəmiyyət

Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA

Avqust 10, 2026
Cəmiyyət

Xanım səfirimiz geri çağırıldı – SƏRƏNCAM

Avqust 10, 2026
Cəmiyyət

Vaqif Sadıqov Belçika səfirliyindən geri çağırıldı, yeni səfir təyin olundu

Avqust 10, 2026

XƏBƏR LENTİ

Kartlara mədaxil limitlərinə yenidən baxıla bilər

10 Avqust, 26 / 15:58

“Şərurlu İsfəndiyar”dan ŞOK AÇIQLAMA: “Mən rəsmi şəkildə rektoram”

10 Avqust, 26 / 15:44

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

10 Avqust, 26 / 15:30

Hava xəbəri müzakirə yaratdı: Bakıya 4 gün yağış, ardınca isə… – AÇIQLAMA

10 Avqust, 26 / 15:15

Xanım səfirimiz geri çağırıldı – SƏRƏNCAM

10 Avqust, 26 / 15:01

Vaqif Sadıqov Belçika səfirliyindən geri çağırıldı, yeni səfir təyin olundu

10 Avqust, 26 / 14:47

Pedaqoji ixtisasların plan yerləri və təhsil haqları – TAM SİYAHI

10 Avqust, 26 / 14:33

Bu şəxslərin müavinəti LƏĞV EDİLƏCƏK

10 Avqust, 26 / 14:19

2 gün sonra nadir hadisə yaşanacaq: Bu ölkələrdə görə biləcəksiniz

10 Avqust, 26 / 14:04

Səhiyyə Nazirliyi kosmetoloqla bağlı Baş Prokurorluğa müraciət etdi

10 Avqust, 26 / 13:50
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.