Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Pezeşkianın qızı Mehriban Əliyevanı təbrik etdi

Cəmiyyət

İran İslam Respublikası Prezidentinin qızı Zəhra Pezeşkian Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.

Cagdas.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Təbrik məktubunda deyilir:

“Dəyərli və mehriban bacım.

Böyük ehtiram və sevinc hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

Sizin sosial, mədəni və beynəlxalq sahələrdəki üstün, müdrik və fədakar fəaliyyətiniz hər zaman ilhamverici və qürur mənbəyi olmuşdur.

Qonşu, dost və qardaş ölkələr olan İran ilə Azərbaycan Respublikası arasında dərin dostluq və qardaşlıq köklərinin mövcudluğundan, həmçinin iki ölkənin qadınlarının bu müştərək irsin qorunmasında mühüm rol oynamasından böyük məmnunluq duyuram.

Bu əlamətdar və xoş gündə Sizə səmimi-qəlbdən bərəkətli uzun ömür, möhkəm cansağlığı və davamlı müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasına isə tərəqqi və rifah arzulayıram”.