Son dəqiqə
Türkiyədə sosial şəbəkələrlə bağlı QƏRAR: 15 yaşdan kiçiklərə TAM QADAĞA QOYULDU Türkiyənin kəşf edilməmiş turizm incisi: HƏR DAŞI BİR TARİX DANIŞAN MUZEY Türkiyədən Azərbaycanla bağlı BƏYANAT Banklar bu şəxslərə kredit verməyəcək Həbs edilən Elvin Mahmudzadə 3 il öncə hansı cinayəti törətmişdi? – MARAQLI DETALLAR Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ – YENİ QAYDA Qadını şantaj edən gənc həbs OLUNDU Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar Uşaqları ölümə aparan infeksiya ilə bağlı xəbərdarlıq
Reklam
Reklam

Prezident Ksaba Leykonu qəbul edib – FOTO

Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da “John Deere” şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə Prezidenti, “John Deere Walldorf International” MMC-nin Baş icraçı direktoru Ksaba Leykonu qəbul edib.

 Cagdas.az xəbər verir ki, söhbət zamanı Azərbaycanda kənd təsərrüfatının geniş potensialının olduğu vurğulanaraq, bu sahənin inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən işlər qeyd olundu.

“John Deere” şirkətinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini deyən qonaq əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını bildirdi, Azərbaycanda pambıqçılıq sənayesi ilə bağlı irəli sürdükləri layihə barədə məlumat verdi.

Ksaba Leykon Bakıda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığını dedi.

Görüşdə Azərbaycanla şirkət arasında əməkdaşlığın perspektivləri müzakirə olundu, təhsil və təlim mərkəzinin yaradılması, qarşılıqlı təcrübə, suvarma, logistika, pambıq və taxıl istehsalı dəyər zəncirinin rəqəmsallaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, 1837-ci ildə ABŞ-da qurulmuş “John Deere” kənd təsərrüfatı, tikinti və meşəçilik avadanlıqlarının istehsalı ilə məşğul olan qlobal miqyasda aparıcı şirkətlərdən biridir. Şirkətin əsas fəaliyyət sahələrinə traktor, kombayn, pambıqyığan maşınların istehsalı daxildir. Ötən il ümumi gəliri 52 milyard ABŞ dollarına yaxın olan “John Deere”in 30-dan çox ölkədə zavodları və ofisləri fəaliyyət göstərir.(Milli.Az)