• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.968
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Prezident yeni BMT rəsmisinin etimadnaməsini qəbul etdi – GÖRÜNTÜ

02 Sentyabr, 26 / 18:02
A A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

Cagdas.az xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi.

Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və “orta güc” dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd etdi.

Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.

Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi.

Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğuladı.

Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd etdi.

Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olundu.

Bənzər Xəbərlər

Cəmiyyət

Daşınmaz əmlakla bağlı bu qaydalar təsdiqləndi

Sentyabr 2, 2026
Cəmiyyət

Azərbaycanın gəlirləri milyardlarla dollar arta bilər

Sentyabr 2, 2026
Cəmiyyət

Qumar oynayanlara 5 min manat cərimə və həbs – YENİ QAYDA

Sentyabr 2, 2026
Cəmiyyət

Dövlət idarəsinin nizamnaməsi dəyişdirildi

Sentyabr 2, 2026
Cəmiyyət

İlham Əliyevdən Qırğızıstanla bağlı mühüm fərman

Sentyabr 2, 2026
Cəmiyyət

Prezidentdən əsgər valideynlərinə ŞAD XƏBƏR

Sentyabr 2, 2026

XƏBƏR LENTİ

Daşınmaz əmlakla bağlı bu qaydalar təsdiqləndi

02 Sentyabr, 26 / 18:29

Azərbaycanın gəlirləri milyardlarla dollar arta bilər

02 Sentyabr, 26 / 18:15

Prezident yeni BMT rəsmisinin etimadnaməsini qəbul etdi – GÖRÜNTÜ

02 Sentyabr, 26 / 18:02

Qumar oynayanlara 5 min manat cərimə və həbs – YENİ QAYDA

02 Sentyabr, 26 / 17:48

Dövlət idarəsinin nizamnaməsi dəyişdirildi

02 Sentyabr, 26 / 17:36

İlham Əliyevdən Qırğızıstanla bağlı mühüm fərman

02 Sentyabr, 26 / 17:23

Prezidentdən əsgər valideynlərinə ŞAD XƏBƏR

02 Sentyabr, 26 / 17:09

Maaşı artırılan tibb işçiləri ilə bağlı bütün DETALLAR

02 Sentyabr, 26 / 16:55

Ambulator həkimlərə 2700 manatadək əlavə ödəniş veriləcək

02 Sentyabr, 26 / 16:40

Ambulator həkimlərə 2700 manatadək əlavə ödəniş veriləcək

02 Sentyabr, 26 / 16:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.