• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Columbus
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Prezidentin linç edilməsi

05 Sentyabr, 26 / 14:49
A A

      “Gərək fars dilində yazsın sənətkar”

      (S.Vurğun, “Vaqif” dramı, Şah Qacarın replikası)

Ölkəmizdə İran prezidenti Məsud Pezeşkiana xüsusi münasibət var. Son 100 ildə heç bir İran siyasətçisinə bu qədər rəğbət olmayıb.

Əlbəttə, İranın dini liderlərini “rəhbər” adlandıran, ona itaət (və ya təqlid) etdiyini bildirən fanatiklər istisnadır. Onlar İran dövlətinin çıxarlarına görə öz ölkələrini ayağa verməyə hazırdırlar.

Ancaq ölkəmizin vətənpərvər kəsimi arasında Məsud Pezeşkianın yeri ayrıdır. Bu ölkədə heç kəs ona itaət etmir, sədaqət andı içmir, onu öz rəhbəri saymır. Sadəcə, çox adam onun öz ana dilində danışmasını, ustad Şəhriyardan şeir deməsini, Azərbaycan siyasətçiləri ilə səmimi görüşməsini, mötədil baxışlarını rəğbətlə qarşılayır.

Bu isə İrandakı millətçi dairələrin xoşuna gəlmir və onlar ölkənin legitim prezidentini xorla tənqid etmək qeyrəti göstərirlər.

Pezeşkianın yeni tənqid dalğasının hədəfinə çıxması Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən sammiti zamanı keçirdiyi görüşlər üzündən olub.

il-pez.jpeg (21 KB)

İran prezidenti orada onu duz-çörəklə qarşılayanlara ana dilində təşəkkür edib, azərbaycanlı həmkarı İlham Əliyevlə öz ana dilində səmimi söhbət edib, Sadır Japarovla şəkil çəkdirərkən qızı Zəhranı yanına Azərbaycan türkcəsində çağırıb.

zehpe.JPG (16 KB)

İndi buna görə onu İranda elə tənqid edirlər ki, sanki prezident ağır günah işlədib.

Ana dilində danışmağın qəbahət hesab edildiyi ölkədə hələ bir də haqq-ədalətdən, ümmətçilikdən, xalqların bərabərliyindən danışırlar.

Dövlətin dili fars diliymiş və onu təmsil edənlər məhz bu dildə danışmalıymışlar. Pezeşkian protokola riayət etməyibmiş. Şovinistlərin əlindəki tutaraq budur.

Əslində bir neçə böyük etnik qrupun yaşadığı dövlətlərdə çox zaman bir yox, bir neçə rəsmi dil olur və bu, konstitusiyada təsbit edilir.

Məsələn, İsveçrədə, Belçikada, Kanadada elədir.

İsveçrənin birdən-birə dörd rəsmi dili var: almanca, fransızca, italyanca və romanca.

Kanadanın rəsmi dili ikidir: ingiliscə, fransızca. Özü də bu ölkədə fransızdillilər o qədər də böyük icmaya sahib deyillər.

Belçikada niderlandca, almanca və fransızca rəsmi dillərdir.

Axtarsaq, araşdırsaq, iki rəsmi dili olan ölkələr lap çoxdur.

İranda isə ən böyük xalqlardan biri (bəzi iddialara görə, birinci) olan Azərbaycan türklərinin danışdığı dil nəinki rəsmi dövlət dillərindən biridir, hətta əksinə, bu dil böyük ölçüdə yasaqdır, məişət səviyyəsinə salınıb, yalnız evdə və dükan-bazarda işlədilə bilər.

İş o yerdədir ki, ölkənin xalq tərəfindən birbaşa seçilən prezidentinə ana dilində danışmağı irad tuturlar.

Halbuki istənilən ölkədə rəhbər şəxslərin bir neçə dildə danışa bilməsi ilə fəxr edir, onların beynəlxalq tədbirlərdə, sammitlərdə digər ölkə başçıları ilə asanlıqla ünsiyyət qurmasını faydalı sayırlar.

İranda panfarsist qüvvələr bu məsələyə şovinizm prizmasından yanaşır, dominant xalqın digər xalqların üzərindəki hegemonluğunun zəifləməsi vaqiəsi hesab edir, var gücləri başqa dillərin işləkliyinə qarşı çıxırlar.

Fərq budur. Avropa ölkələrində dövlət daxilində böyük icmalarla yaşayan xalqların dilinə, dininə, mədəniyyətinə hörmət getdikcə artdığı halda İranda hakim qüvvələr hələ də, köhnə imperiyalarda olduğu kimi, aborigen xalqları assimilyasiya etmək, hamını öz içində əridərək daha böyük və dominant xalq formalaşdırma çalışırlar.

Bu isə İranda yaşayan böyük etnik qruplarda – türklərdə, kürdlərdə, ərəblərdə, bəluclarda etiraz doğurur. İranı idarə edənlər “vahid din-məzhəb”ə, “vahid dil”ə nail olmaq istərkən fars mədəniyyətini başqa xalqların mədəniyyətinin fövqünə qoyaraq özlərinə problem yaradırlar. Bu üzdən “monoloit İran xalqı” ideyası havada qalır və digər xalqların millətçilik damarını vaxtaşırı yoğunladır.

Bu cür məsələlərin həll edilməsi üçün ortada örnək götürüləsi parlaq nümunələr var (yuxarıda ölkə adları çəkdik), ancaq Şərq təkəbbürü, “qədim dövlətçilik” ənənələri optimal yolu seçməyə imkan vermir. Bu regionda hələ də ağa-qul, padşah-rəiyyət, tabe edənlər-tabe olanlar, ali irq–ikinci dərəcəli xalq münasibəti hökm sürür.

Nə qədər əksi iddia olunsa da, gündən-günə bariz şəkildə ortaya çıxır ki, prezident Pezeşkian sistemin, sarayın adamı olmaqdan çox, xalqın adamıdır. O, xalqın səsi ilə seçilib, ona görə də xalqın dilində danışır – hər mənada.

Bölgədə yaranmış olduqca mürəkkəb situasiyada öz mövqeyi, davranışı ilə İranın üzünü ağardan, münaqişələri dialoq yolu ilə həll edə biləsi yeganə adam indiikdə Məsud Pezeşkiandır, onu da ana dilində danışdığına görə linç edirlər.\musavat.com\

Bənzər Xəbərlər

Cəmiyyət

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

Sentyabr 5, 2026
Cəmiyyət

BMT qəbul etdi: Dünya xəritəsi dəyişir

Sentyabr 5, 2026
Cəmiyyət

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq

Sentyabr 5, 2026
Cəmiyyət

Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir – FOTO

Sentyabr 5, 2026
Cəmiyyət

Metrodan istifadə edənlərə xoş xəbər – DƏYİŞİKLİK EDİLİR

Sentyabr 5, 2026
Cəmiyyət

Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri yaradılacaq

Sentyabr 5, 2026

XƏBƏR LENTİ

Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

05 Sentyabr, 26 / 15:50

BMT qəbul etdi: Dünya xəritəsi dəyişir

05 Sentyabr, 26 / 15:31

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq

05 Sentyabr, 26 / 15:12

Prezidentin linç edilməsi

05 Sentyabr, 26 / 14:49

Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir – FOTO

05 Sentyabr, 26 / 14:26

Metrodan istifadə edənlərə xoş xəbər – DƏYİŞİKLİK EDİLİR

05 Sentyabr, 26 / 14:09

Sülh sazişinin imzalanması: ABŞ Ermənistana bu vədi verib – WSJ

05 Sentyabr, 26 / 13:49

Naxçıvanın bütün rayonlarında DOST qəbul şöbələri yaradılacaq

05 Sentyabr, 26 / 13:27

3 bürc üçün maddi bolluq qapıları açılır

05 Sentyabr, 26 / 13:04

Putin cüdoçu, Makron boksçu, Tramp qolfçu – Prezidentlərin idman həyatı – Maraqlı FOTOLAR

05 Sentyabr, 26 / 12:42
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.