Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Prezidentin vəzifə verdiyi Fəxrəddin İsmayılov kimdir? – DOSYE

Cəmiyyət

Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə F.İsmayılov Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Cagdas.az  saytının məlumatına görə, Fəxrəddin İsmayılov Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsinə təyin edilmişdi.

O, həmin təyinatdan əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində İnsan Hüquqları və Demokratiya İdarəsinin rəisi olub.

2000-ci ildən Azərbaycanın diplomatik xidmət orqanlarında çalışan F.İsmayılov müxtəlif vaxtlarda Azərbaycanın ABŞ-dakı səfirliyində müşavir vəzifəsində, habelə Avropa İttifaqı yanında nümayəndəlikdə və Avropa Şurası yanında daimi nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb.

F.İsmayılov Bakı Dövlət Universitetində və Nitsa Sofiya Antipolis Universitetində bakalavr, daha sonra, Brüssel Universitetində və Harvard Kennedi Məktəbində müvafiq olaraq Avropaya inteqrasiya və dövlət idarəçiliyi üzrə magistr təhsili alıb./modern