Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Psixi xəstələrin sayı artır – Son 5 ilin statistikası

Cəmiyyət

Son 5 ildə psixi xəstəlik diaqnozu qoyulanların sayı 2 dəfədən çox artıb.

Cagdas.az xəbər verir ki, açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son 5 ildə psixi xəstəlik diaqnozu ilk dəfə qoyulan şəxslərin sayı 4 min 39 nəfərdən 8 min 376 nəfərə yüksəlib.

Belə ki, 2020-ci ildə psixi xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 4 min 39 nəfər olduğu halda, 2024-cü ildə bu göstərici 8 min 376 nəfər təşkil edib.

Bununla yanaşı, tibb müəssisələrində qeydiyyatda olan psixi xəstələrin sayı da artıb. Belə ki, 2020-ci ildə qeydiyyatda olanların sayı 106 min 299 nəfər idisə, 2024-cü ildə bu rəqəm 117 min 718 nəfərə çatıb.

Əhalinin hər 100 min nəfərinə düşən ilk dəfə diaqnoz qoyulan xəstələrin sayı 40,4-dən 82,1-ə, qeydiyyatda olan psixi xəstələrin sayı isə 1 060,2-dən 1 151,3-ə yüksəlib.

Rəsmi statistika son illərdə psixi sağlamlıq problemləri ilə bağlı ilk dəfə diaqnoz qoyulan və qeydiyyatda olan xəstələrin sayında artım müşahidə edildiyini göstərir. \\azxeber.com