Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Putin də Qırğızıstana getdi – bir sıra liderlərlə görüşəcək

Cəmiyyət

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana işgüzar səfərə gəlib.

Cagdas.az xəbər verir ki, Rusiya liderini Manas Beynəlxalq Hava Limanında Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev qarşılayıb.

Vladimir Putin səfər çərçivəsində VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Rusiya Prezidenti sentyabrın 1-də isə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının iclasına, həmçinin “ŞƏT Plus” formatında keçiriləcək yüksək səviyyəli görüşə qatılacaq.

Sammit çərçivəsində Putinin Qırğızıstan, Çin, İran, Monqolustan, Tacikistan və Türkiyə liderləri, həmçinin Ermənistan və Hindistanın baş nazirləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

Bundan əlavə, sammit zamanı 2028-ci ildə Kazanda keçirilməsi planlaşdırılan növbəti Dünya Köçəri Oyunlarının elan olunacağı gözlənilir.

Qeyd edək ki, 2027-2028-ci illərdə Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Rusiyaya keçəcək\modern.az\