• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.5° Weather Columbus
$
1.7
€
1.968
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Putin yenə Qarabağdan danışdı

02 Sentyabr, 26 / 10:54
A A

Rusiya Prezidenti Vladimir Putin deyib ki, Qarabağ münaqişəsinin həlli Ermənistana bir çox faydalar gətirə bilər.

Cagdas.az xəbər verir ki, Putin bu barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiya lideri rəsmi İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanınmasına da münasibət bildirib.

“Bəlkə də bu qərarın (Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının) Ermənistanın hazırkı rəhbərliyi üçün öz üstünlükləri var. Çünki bu vəziyyət səhifəni çevirməyə və artıq heç bir münaqişə olmadan irəliləməyə imkan verir.
İnsanları yeni yaşayış yerlərində yerləşdirmək, infrastrukturu blokadadan çıxarmaq, iqtisadiyyatda yeni həyata başlamaq, investisiyalar üçün sərhədləri açmaq və sair mümkündür. Əslində, üstünlüklər az deyil”, – Putin bildirib.

Rusiya Prezidenti deyib ki, Qarabağ məsələsi regionda baş verən proseslərin başlanğıc nöqtəsi olub.

“Bilirsiniz, mən yaxın keçmişi qurdalamaq istəmirəm, amma bütün hadisələr Qarabağ problemi ilə bağlı başladı…
Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzaladı və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı. Həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter aldı. Biz Azərbaycanın daxili işlərinə qarışa bilərikmi, yoxsa qarışmalıyıq?” – Putin bildirib.

Rusiya lideri Ermənistan-Azərbaycan sərhədinə də toxunub.
O deyib ki, rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrinin müdafiə etməsini tələb edib.

Onun sözlərinə görə, Ermənistan tərəfi sərhədin ayrı-ayrı hissələrinin müdafiəsi məsələsini qaldırsa da, KTMT-yə üzv digər dövlətlər əvvəlcə Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədinin dəqiq müəyyənləşdirilməsinin vacibliyini bildiriblər.

“Nikol Vovayeviç (Paşinyan – red.) hesab edirdi ki, KTMT sərhədin müəyyən hissələrini qorumalıdır. KTMT-nin bütün üzvləri isə deyirdilər: “Xeyr, sərhədin müəyyən hissələrini qorumaq tamamilə başqa məsələdir”. Axı sərhədin delimitasiyası yoxdur. Sərhədlə bağlı heç bir müqavilə yoxdur, olmayıb və indi də yoxdur. Azərbaycan hesab edir ki, sərhəd bu hissədən keçir, Ermənistan isə başqa hissədən keçdiyini düşünür. Burada həqiqətən ekspert qiymətləndirməsi tələb edən çoxlu məsələlər var”, – Putin bildirib.

Rusiya Prezidenti qeyd edib ki, müvafiq sənədlər imzalanana qədər KTMT-nin Ermənistan-Azərbaycan sərhədi üzrə münasibətləri necə quracağı ilə bağlı suallar qalır.

Putin bu mövzunu Ermənistanın baş naziri Nikol Paşinyanla Moskvada müzakirə etməyə ümid etdiyini bildirib.

Putin Paşinyanı Ermənistanın KTMT, Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı ilə münasibətlərə dair məsələləri ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Ali Məhkəmədən icarəçilər üçün VACİB QƏRAR

Sentyabr 2, 2026
Cəmiyyət

TƏBİB 72 mindən çox tibb işçisinin maaşını artırır

Sentyabr 2, 2026
Cəmiyyət

Bu tələbələrə 2000 manat mükafat veriləcək

Sentyabr 2, 2026
Cəmiyyət

Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir – Görüntü

Sentyabr 2, 2026
Cəmiyyət

Mal əti bahalaşdı

Sentyabr 2, 2026
Cəmiyyət

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi

Sentyabr 2, 2026

XƏBƏR LENTİ

Ali Məhkəmədən icarəçilər üçün VACİB QƏRAR

02 Sentyabr, 26 / 13:04

TƏBİB 72 mindən çox tibb işçisinin maaşını artırır

02 Sentyabr, 26 / 12:51

Bu tələbələrə 2000 manat mükafat veriləcək

02 Sentyabr, 26 / 12:37

Bakıda IV beynəlxalq minatəmizləmə konfransı keçirilir – Görüntü

02 Sentyabr, 26 / 12:24

Mal əti bahalaşdı

02 Sentyabr, 26 / 12:13

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı paylaşım edildi

02 Sentyabr, 26 / 12:00

Türkiyədə iki gəmi toqquşdu, 10 nəfərdən xəbər yoxdur

02 Sentyabr, 26 / 11:49

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

02 Sentyabr, 26 / 11:36

İxtisas seçimi bu gün bitir – Abituriyentlərin DİQQƏTİNƏ

02 Sentyabr, 26 / 11:22

Xaricdə ali təhsil alanlar imtahan verəcəklər – Yeni qayda

02 Sentyabr, 26 / 11:08
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.