• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9845
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qadınların sevdiyi peşələr: Əmək bazarındakı maraqlı bölgü

20 Avqust, 26 / 22:47
A A

Əmək bazarında qadınlar bir sıra sahələrdə fəal iştirak etsələr də, bəzi peşə sahələrində onların təmsilçiliyi hələ də aşağı səviyyədədir.

Rəsmi məlumatlara əsasən, qadınların daha çox çalışdığı sahələr təhsil, səhiyyə, istirahət və əyləncə sahələridir.

Orta ümumtəhsil məktəblərində müəllimlərin 82 faizi, ali məktəblərdə müəllimlərin 58 faizi qadındır.

Səhiyədə həkimlərin 66 faizi, orta tibb işçilərinin 90 faizini qadınlar təşkil edir.

İstirahət və əyləncə sahələrindəki işçilərin 60 faizi qadınlardan ibarətdir.

Digər sahələrdə qadınların payı kişilərlə müqayisədə azdır. Elə sahələr var ki, burada qadınlar daha azdır. Belə sahələrə tikintini (cəmi işçilərin 8,4 faizi), mədənçıxarma sənayesini (12 faiz), nəqliyyatı (17 faiz) göstərmək olar.

Say baxımından isə qadılar daha çox təhsil, səhiyyə və ticarət sahələrində çalışırlar. Bütün qadın işçilərin 63 faizi bu sahələrdə çalışır.

Bəs bunun səbəbləri nədir? Bu vəziyyətə cəmiyyətdə formalaşmış yanaşmalar təsir göstərə bilərmi?

Cagdas.az  xəbər verir ki, İnsan Resursları üzrə mütəxəssis İlkin Məcidov əmək bazarında qadınların müəyyən peşələrdə az təmsil olunmasının bir sıra amillərlə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, bu vəziyyəti yalnız qadınların həmin sahələrə marağının az olması ilə izah etmək düzgün deyil:

“Burada iş şəraiti, əmək rejimi, ailə məsuliyyətləri, peşə stereotipləri, təhsil və ixtisas seçimi, təhlükəsizlik, əməkhaqqı və karyera imkanları mühüm rol oynayır. Tikinti, mədənçıxarma, nəqliyyat, texniki xidmət və bəzi istehsalat sahələrində növbəli iş, gecə rejimi, ezamiyyətlər və ağır əmək şəraiti qadınların bu peşələrə marağını azalda bilər. Eyni zamanda, uşaqlıqdan formalaşan “qadın və kişi peşələri” yanaşması da karyera seçimlərinə təsir göstərir”.

Məcidov vurğulayıb ki, əsas məqsəd qadınları müəyyən peşələrə yönləndirmək deyil, onların gender stereotipləri və süni məhdudiyyətlər olmadan bacarıq, maraq və karyera məqsədlərinə uyğun seçim edə bilmələri üçün bərabər imkanların yaradılmasıdır.

Onun fikrincə, qızların texniki və mühəndislik istiqamətlərinə daha erkən yaşlardan yönləndirilməsi, təhlükəsiz və rahat iş mühitinin yaradılması, çevik iş imkanlarının artırılması qadınların bu sahələrdə iştirakını genişləndirə bilər.

Bənzər Xəbərlər

Cəmiyyət

Bu içkilər mədə xərçəngi riskini artırır – Araşdırma

Avqust 20, 2026
Cəmiyyət

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

Avqust 20, 2026
Cəmiyyət

Məşhur klinika cərimələndi

Avqust 20, 2026
Cəmiyyət

Günay Əliyevaya vəzifə verildi

Avqust 20, 2026
Cəmiyyət

“Bu yoldan üzü o tərəfə ölümdür...” - Gecələr xüsusilə ehtiyatlı olun - VİDEO

Avqust 20, 2026
Cəmiyyət

Metro xətləri ayrıldı - Bu ərazilərdə kirayə evlərin qiyməti bahalaşacaq

Avqust 20, 2026

XƏBƏR LENTİ

Avqustun son günləri bu bürclər üçün fərqli olacaq

20 Avqust, 26 / 23:47

Bu içkilər mədə xərçəngi riskini artırır – Araşdırma

20 Avqust, 26 / 23:32

Qadınların sevdiyi peşələr: Əmək bazarındakı maraqlı bölgü

20 Avqust, 26 / 22:47

“Öz evimdir, istədiyim vaxt təmir edərəm” deyənlərə PİS XƏBƏR

20 Avqust, 26 / 22:26

Tatlısəsin doğulduğu mağara… – VİDEO

20 Avqust, 26 / 22:07

Məşhur klinika cərimələndi

20 Avqust, 26 / 21:49

Yaqub Eyyubov Moskvaya gedir- MDB liderlərinin görüşü hazırlanır

20 Avqust, 26 / 21:31

Günay Əliyevaya vəzifə verildi

20 Avqust, 26 / 21:14

Güzəştli mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

20 Avqust, 26 / 21:10

“Bu yoldan üzü o tərəfə ölümdür...” - Gecələr xüsusilə ehtiyatlı olun - VİDEO

20 Avqust, 26 / 20:56
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.