Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qanunsuz işdən çıxarılan 63 nəfər yenidən işə başladı

Cəmiyyət

Azərbaycanda yanvar-iyul ayları ərzində işdən qanunsuz çıxarılmış 63 nəfər əvvəlki işlərinə bərpa etdirilib.

Cagdas.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyul ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 456 min 49 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 91 faizi əməkhaqqı, 9 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.(Medianews.az )