Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qara dənizdə “Mukhtar Gasımlı” gəmisinə dron hücumu oldu – FOTOLAR

Cəmiyyət

Qara dənizdə hərəkətdə olan “Mukhtar Gasımlı” adlı quru yük gəmisi pilotsuz uçuş aparatı (dron) tərəfindən hücuma məruz qalıb.

Cagdas.az  xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəkstək” İctimai Birliyi məlumat yayıb.

Məlumata görə, Qvineya-Bissau bayrağı altında üzən və “MG Shipping 1” şirkətinə məxsus “Mukhtar Gasımlı” ümumi yük gəmisi Türkiyənin Samsun limanı yaxınlığındakı lövbər yerindən Rusiya Federasiyasının Rostov-na-Don limanına doğru hərəkətdə olarkən hücuma məruz qalıb.

Hücum zamanı itki və ya xəsarət alan olmayıb, heyət üzvlərinin təhlükəsizliyi təmin edilib.

Hadisədən sonra marşrutunu dəyişən quru yük gəmisi artıq Türkiyənin Sinop limanına çatıb və lövbər salıb.(modern.az)