Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qarabağ müharibələrinin itkinləri ilə bağlı SON RƏQƏMLƏR

Cəmiyyət

31 avqust 2026-cı il tarixinə Birinci və İkinci Qarabağ müharibələri ilə əlaqədar 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Cagdas.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Məlumata görə, onlardan 4 004 nəfəri Birinci Qarabağ müharibəsi, 6 nəfəri isə İkinci Qarabağ müharibəsi zamanı itkin düşüb.

Birinci Qarabağ müharibəsi üzrə itkin düşmüş şəxslərdən 3 222 nəfəri hərbi qulluqçu, 782 nəfəri isə mülki şəxsdir. Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşmüş şəxslərin axtarılması, qalıqlarının aşkar edilərək ekshumasiya olunması, identifikasiyası və ailələrinə təhvil verilməsi istiqamətində sistemli fəaliyyətini davam etdirir.

2026-cı ilin avqust ayında:
* 5 insan qalığı aşkar edilərək ekshumasiya olunub, ümumi say 910-a çatıb
* Kimliyi müəyyən edilmiş 21 nəfərin qalıqları ailələrinə təhvil verilərək dəfn olunub, ümumi say 267-yə çatıb
* DNT və məhkəmə-tibbi üsullarla identifikasiya edilmiş itkin düşmüş şəxslərin ümumi sayı 328 olaraq qalır
* İndiyədək 32 kütləvi dəfn yeri aşkar edilib

2026-cı ilin yanvar-avqust aylarında ümumilikdə 79 insan qalığı aşkar edilərək ekshumasiya olunub, 57 itkin düşmüş şəxsin kimliyi müəyyən edilib, 64 nəfərin qalıqları isə ailələrinə təhvil verilərək dəfn olunub.

Hazırda 3 682 nəfər hələ də itkin düşmüş hesab olunur.\modern.az\