Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

“Qarabağ”ın “Tvente” üzərində qələbəsi Azərbaycana nə qazandırdı? – UEFA reytinqi

Cəmiyyət

UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.

Cagdas.az -ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.

Buna “Qarabağ”ın KL-in pley-off mərhələsinin ilk oyununda Kiyev “Dinamo”sunu səfərdə üstələməsi (1:0) şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.

Nəticədə cari mövsümdə qazanılan əmsal 3.375-ə yüksəlib. Bunun 1.250 əmsalı “Sabah”ın, 1.250-i “Qarabağ”ın, 0.625-i “Zirə”nin, 0.250-si isə “Neftçi”nin payına düşür.

Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.937-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Slovakiyanın 20.625 əmsalı var. Bir pillə öndə – 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,843-ə bərabərdir.

55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.907) başçılıq edir. (Fanat.Az)