Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Qarpız sevənlərə XƏBƏRDARLIQ

Cəmiyyət

Mövsümdən əvvəl satışa çıxarılan qarpızların tərkibində nitratın normadan artıq olması ehtimalı var. Mütəxəssislər bildirirlər ki, bu, məhsulun daha tez yetişdirilməsi üçün azot tərkibli gübrələrdən istifadə olunması ilə əlaqədardır.

Cagdas.az Milli.az-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis Dmitri Karpenkonun sözlərinə görə, yay aylarında qida mənşəli bağırsaq infeksiyalarının əsas səbəbi meyvə və tərəvəzlərin səthində toplanan çirk və zərərli mikroorqanizmlərdir. Nitrat riski isə daha çox vaxtından əvvəl yetişdirilən qarpızlara aiddir.

Onun sözlərinə görə, nitratlar əsasən qarpızın qabığına yaxın yerləşən açıq rəngli hissədə toplanır. Buna görə də həmin hissənin yeyilməməsi məsləhət görülür.

Mütəxəssis qeyd edib ki, qarpız almaq üçün ən uyğun dövr iyulun sonu və avqust ayıdır. Bu vaxt bazarlara təbii şəraitdə yetişən məhsullar çıxarılır, həm keyfiyyət, həm də qiymət baxımından daha əlverişli seçimlər olur.