• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.7° Weather Columbus
$
1.7
€
1.9327
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qəbələdə tarixi sarayın qalıqları tapılıb – FOTO

28 İyul, 26 / 23:05
A A

Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının ilk paytaxtı Qəbələ şəhərinin yerində 1926-cı ildən başlayaraq müəyyən fasilələrlə arxeoloji tədqiqatlar aparılmaqdadır.

Cagdas.az AZƏRTAC-a istinadən xəbər verir ki, builki çöl-tədqiqat mövsümündə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri, professor Qafar Cəbiyevin rəhbərliyi ilə şəhərin Qala adlanan ərazisində tədqiqatlar davam etdirilib. Keçən əsrin 60-cı illərində görkəmli qəbələşünas-alim Saleh Qazıyevin rəhbərliyi ilə tədqiqinə başlanan və yarımçıq qalan III qazıntı sahəsində bir ay ərzində aparılan tədqiqatlar zamanı iriölçülü kəsmə mədən daşlarından istifadə olunmaqla inşa edilmiş saray tipli ictimai binanın qalıqları aşkara çıxarılıb.

Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Qafar Cəbiyev bildirib ki, uzunluğu 18, hündürlüyü 1-8 metr olan tikili öyrənilməkdə olan sahədən şərqə doğru davam etməkdədir. Bu isə həmin tikintinin daha əzəmətli olmasından xəbər verir: “Şəhərin Səlbir və Qala adı ilə tanınan 30 hektarlıq ərazisində ilk dəfədir ki, belə əsaslı və möhtəşəm tikinti qalıqları aşkar olunub. Tədqiqat nəticəsində 220 kvadratmetrlik sahədə 4 əsas tikinti qatı və döşəmə qalıqları qeydə alınıb. Tikinti qatları xronoloji baxımdan ilk orta əsrlər dövründən XVIII əsrədək olan tarixi mərhələni əhatə edir. VIII əsrdən sonrakı dövrə aid tikililərin bünövrəsi çay daşından, üst hissəsi isə müxtəlif ölçülü bişmiş kərpicdən inşa olunub”.

Qafar Cəbiyevin sözlərinə görə, axtarışlar davam etdirilərkən Qəbələnin mövcudluğunun son 1000 illik dövrünü əhatə edən çoxsaylı, həm də rəngarəng çeşidli məişət qalıqları da üzə çıxarılıb. “Həmin nümunələrin içərisində tipi, bədii-texniki və texnoloji fərqlilikləri ilə seçilən zəngin keramika məmulatını xüsusi qeyd etmək olar. Bunlar əsasən inşaat keramikası, şirli və şirsiz məişət qablarından ibarətdir. Hansı ki, bu nümunələr Qəbələnin qədim sakinlərinin məişət və mədəniyyətini, yerli sənətkarların zövqünü, maraq dünyasını və peşəkarlıq səviyyəsini müəyyən etmək baxımından da çox əhəmiyyətlidir. Yeni tapıntılar Qəbələnin Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı rolunu, onun dünyanın digər sənət və mədəniyyət mərkəzləri ilə əlaqələrini daha dərindən öyrənmək baxımından da əhəmiyyətlidir”, – deyə o diqqətə çatdırıb.

Professor deyib ki, hazırda öyrənilməkdə olan sahədə aparılan tədqiqatlar başlanğıc mərhələdədir. Bu tədqiqatlar 2500 illik tarixi olan qədim Qəbələnin tarixinin bir çox qaranlıq səhifələrinə işıq salacaq.

Bənzər Xəbərlər

Cəmiyyət

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

İyul 28, 2026
Cəmiyyət

Hava limanı olmayan ölkə- Bura yalnız qonşu ölkələrdən keçid mümkündür

İyul 28, 2026
Cəmiyyət

Gələcəyini sığortalamaq istəyənlərin nəzərinə: Qızıl, dollar, yoxsa avro?

İyul 28, 2026
Cəmiyyət

Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

İyul 28, 2026
Cəmiyyət

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

İyul 28, 2026
Cəmiyyət

Bu şəxslərin maaşı artırılacaq

İyul 28, 2026

XƏBƏR LENTİ

Keçməyən öskürəyin səbəbi nədir?

28 İyul, 26 / 23:45

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

28 İyul, 26 / 23:31

Hava limanı olmayan ölkə- Bura yalnız qonşu ölkələrdən keçid mümkündür

28 İyul, 26 / 23:18

Qəbələdə tarixi sarayın qalıqları tapılıb – FOTO

28 İyul, 26 / 23:05

“Sabah” Maludanı satdı – BU MƏBLƏĞƏ

28 İyul, 26 / 22:48

İkardi “Qalatasaray”ın vida matçından imtina etdi

28 İyul, 26 / 22:33

Gələcəyini sığortalamaq istəyənlərin nəzərinə: Qızıl, dollar, yoxsa avro?

28 İyul, 26 / 21:53

Sumqayıt, Xırdalan və Masazırdan gələnlərə ŞAD XƏBƏR: 17 yeni stansiya gəlir — Xəritə tamamilə dəyişir!

28 İyul, 26 / 21:41

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

28 İyul, 26 / 21:27

İran Ukraynaya qarşı müharibəyə qoşulur

28 İyul, 26 / 21:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.