Son dəqiqə
“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur – VİDEO
Reklam
Reklam

“Qızıl top”u özümə verərdim” – Mbappe

Cəmiyyət

“Real Madrid” və Fransa milli komandasının hücumçusu Kilian Mbappe 2026-cı ilin “Qızıl top” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

Cagdas.az xəbər verir ki, 27 yaşlı futbolçunun açıqlamalarını Fransanın nüfuzlu “L’Équipe” nəşri yayıb.

Kilian Mbappe mükafata kimin layiq olduğunu düşündüyünü açıqlayarkən seçiminin özündən yana olacağını bildirib:

“Qızıl top”u kimə verərdim? Onu özümə verərdim və bu, heç də oğurluq olmazdı. Bu, futbolçunun fərdi töhfəsinin nəzərə alındığı fərdi mükafatdır. Arqumentlərə baxanda öz-özümə deyirəm: bəli, bu, ədalətsizlik olmazdı”.

Fransalı ulduz özünü dünyanın ən yaxşı futbolçusu hesab edib-etməməsi ilə bağlı suala da münasibət bildirib:

“Mən həmişə belə düşünürəm, amma bu çox şəxsi məsələdir. Hər kəsin öz fikri var: bəziləri razılaşacaq, bəziləri yox. Bu, mübahisəli mövzudur və hər kəsin mənim kimi düşünməsi məcburi deyil”.

Qeyd edək ki, Kilian Mbappe İspaniya çempionatının cari mövsümündə 4 matçda 4 dəfə fərqlənib. “Real Madrid” növbəti görüşünü Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda keçirəcək. “Kral klubu” doğma meydanda Milannın “İnter” klubunu qəbul edəcək.\metbuat.az\