Qızılın qiyməti mayın 11-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 750 dollar həddini keçib.
Cagdas.az xəbər verir ki, bunu “Comex” birjasının ticarət məlumatları göstərir.
Məlumata görə, dekabrda çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir troya unsiyası üçün 4 751,5 dollara yüksəlib.
Daha sonra bahalaşma sürətlənib və qızılın qiyməti 1,56 faiz artımla 4 753,7 dollara çatıb.
















