• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.2° Weather Columbus
$
1.7
€
1.9739
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qocaların sayı körpələrin sayını ötüb – TARİXDƏ İLK

07 Sentyabr, 26 / 21:02
A A

Tarixdə ilk dəfə qocaların sayı körpələrin sayını ötüb.

Cagdas.az  xəbər verir ki, bu barədə ABŞ Siyahıyaalma Bürosunun dünya əhalisinin yaş strukturu ilə bağlı hesabatında bildirilir.

Hesabata görə, dünya tarixində ilk dəfə 65 yaş və yuxarı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını ötüb. Buna əsas səbəb kimi dünyada doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması göstərilir. 2022-ci ildə 65 yaşdan yuxarı şəxslərin və 5 yaşdan kiçik uşaqların dünya əhalisində payı təxminən eyni – 10 faiz olub. Lakin bundan sonra yaşlı insanların payı artmağa, azyaşlı uşaqların payı isə azalmağa başlayıb.

Proqnozlara əsasən, 2060-cı ildə dünya əhalisinin 19,6 faizi 65 yaşdan yuxarı olacaq. 5 yaşdan kiçik uşaqların payı isə təxminən 7 faizə enəcək.

ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2023-cü ildə dünya əhalisinin 71 faizindən çoxu doğum səviyyəsinin əhalinin sadə təkrar istehsalı üçün tələb olunan göstəriciyə – qadın başına təxminən 2,1 uşağa – bərabər və ya ondan aşağı olduğu ölkələrdə yaşayıb. 2013-cü ildə bu göstərici 45 faiz təşkil edib.

Yaşlı əhalinin sayının da qarşıdakı illərdə kəskin artacağı gözlənilir. Belə ki, 65 yaşdan yuxarı insanların sayı 2025-ci ildəki 852 milyondan 2060-cı ildə 2 milyarda yüksələ bilər. Bu artım həmin dövrdə dünya əhalisinin ümumi artımının təxminən 55 faizini təşkil edəcək. Dünya əhalisinin 2025-ci ildəki 8,13 milyarddan 2060-cı ildə 10,23 milyarda çatacağı proqnozlaşdırılır.

Hazırda Avropa dünyanın ən yaşlı regionu olaraq qalır. Bununla belə, qarşıdakı onilliklərdə yaşlanmanın əsas kəmiyyət artımı Avropadan kənarda baş verəcək.

Asiyada 65 yaşdan yuxarı insanların sayının 487 milyondan 1,24 milyarda yüksələcəyi gözlənilir. Bu, dünyada yaşlı əhalinin artımının təxminən üçdə ikisinə bərabər olacaq. Afrika isə dünyanın ən gənc regionu olaraq qalacaq. Bununla belə, qitədə yaşlı insanların sayı 60 milyondan 249 milyona qədər artacaq və Avropadakı 214 milyon nəfərlik göstəricini keçəcək.

ABŞ-da isə 2025-ci ildə əhalinin 18,9 faizi 65 yaş və yuxarı şəxslərdən ibarət olub. Bu göstəricinin 2060-cı ildə 23,4 faizə yüksələcəyi proqnozlaşdırılır. Beləliklə, demoqrafik mənzərə dünyada doğum səviyyəsinin azalması və ömür uzunluğunun artması fonunda əhalinin sürətlə qocaldığını göstərir.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlandı – FOTOLAR

Sentyabr 7, 2026
Cəmiyyət

Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia – (Video)

Sentyabr 7, 2026
Cəmiyyət

Sentyabr ayı üçün yeni temperatur rekordu

Sentyabr 7, 2026
Cəmiyyət

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

Sentyabr 7, 2026
Cəmiyyət

Azərbaycan Ordusunda yeni tədris ili başladı

Sentyabr 7, 2026
Cəmiyyət

15 min manatlıq mənzil fırıldağı ifşa olundu

Sentyabr 7, 2026

XƏBƏR LENTİ

Cəlilabadda yol tikintisi zamanı qədim əşyalar aşkarlandı – FOTOLAR

07 Sentyabr, 26 / 21:21

Niyə toyuq əti mağazaları bürüyüb, xoruz isə satılmır” – Mütəxəssisdən şok iddia – (Video)

07 Sentyabr, 26 / 21:16

Qocaların sayı körpələrin sayını ötüb – TARİXDƏ İLK

07 Sentyabr, 26 / 21:02

Sentyabr ayı üçün yeni temperatur rekordu

07 Sentyabr, 26 / 20:58

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv olunur

07 Sentyabr, 26 / 20:48

Denq qızdırması Banqladeşdə can almaqda davam edir – Yoluxanların sayı 42 mini keçdi

07 Sentyabr, 26 / 20:27

Azərbaycan Ordusunda yeni tədris ili başladı

07 Sentyabr, 26 / 20:19

15 min manatlıq mənzil fırıldağı ifşa olundu

07 Sentyabr, 26 / 19:47

İran hər bir amerikalı ailəni 760 dollar ziyana salıb

07 Sentyabr, 26 / 19:38

Bu binaların tikintisinə icazə veriləcək

07 Sentyabr, 26 / 19:25
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.