Cagdas.az xəbər verir ki, termometrlərin 49 dərəcəni göstərdiyi Cizrədə qızmar hava səbəbindən gündüz saatlarında küçələr demək olar ki, boş qalıb. Sakinlər zəruri hallar istisna olmaqla evdən çıxmamağa üstünlük verirlər.
Havanın nisbətən sərinləşdiyi axşam saatlarında isə insanlar küçələrə və parklara üz tutaraq gündəlik ehtiyaclarını həmin vaxt ödəməyə çalışırlar.
Mütəxəssislər yüksək temperaturun davam etdiyi günlərdə xüsusilə yaşlılara, uşaqlara və xroniki xəstəliyi olan şəxslərə günün ən isti saatlarında açıq havada olmamağı, bol maye qəbul etməyi tövsiyə edirlər.(metbuat.az)
















