Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Quru sərhədlərlə bağlı MÜJDƏ – Payızda nələr olacaq?

Cəmiyyət

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin və buna bağlı olaraq quru sərhədlərinin qapalı qalma müddətinin 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılması cəmiyyətdə sərhədlərin daha tez bir zamanda, mərhələli şəkildə açılıb-açılmayacağı ilə bağlı müzakirələri yenidən alovlandırıb. Rəsmi qərarda müddətin 2026-cı ilin payızına kimi göstərilməsinə baxmayaraq, bir çox mütəxəssis regional və beynəlxalq səviyyədə baş verən müsbət inteqrasiya proseslərinin bu müddətin yekunlaşmasından əvvəl də müəyyən yumşalmaların edilməsinə şərait yarada biləcəyini istisna etmir.

Cagdas.az xəbər veriri ki məsələ ilə bağlı nocommentaz-a danışan siyasi şərhçi, analitik Natiq Əmiraslanov qeyd edib ki, quru sərhədlərinin qapalı qalması hər nə qədər ciddi təhlükəsizlik və preventiv tədbirlərə əsaslandırilsa da, regionda sabitliyin tam bərqərar olması və iqtisadi əlaqələrin intensivləşməsi fonunda sərhədlərin gözləniləndən daha tez – yəni cari ilin sonuna qədər mərhələli şəkildə sərnişindaşıma üçün açılması ehtimalı olduqca yüksəkdir: “Qlobal logistik zəncirlərin bərpası, qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi və turizm sektorunun canlandırılması zərurəti dövləti bu istiqamətdə yeni addımlar atmağa sövq edə bilər”.

Onun sözlərinə görə, təhlükəsizlik protokollarının tam təmin olunduğu və epidemioloji risklərin aradan qaldırıldığı təqdirdə, rəsmi Bakı tərəfindən quru sərhədlərinin sərnişin keçidi üçün nəzərdə tutulan tarixdən əvvəl – xüsusilə də yaz-yay mövsümünün sonuna doğru və ya ilin sonuna yaxın yumşaldılması vətəndaşların gediş-gəlişini asanlaşdıra bilər: “İqtisadi baxımdan yükdaşımaların fasiləsiz işləməsi artıq özünü doğrultub, indi isə vətəndaşların sərbəst hərəkətliliyinin bərpası üçün regional təminatların hüquqi müstəvidə yekunlaşması və diplomatik razılaşmaların əldə olunması əsas hərəkətverici qüvvə olacaq”.(musavat.com)