Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rekord qiymət – bir parkinq yeri 958 min manata satışa çıxarıldı

Cəmiyyət
Moskvada elit yaşayış kompleksində yerləşən bir parkinq yeri rekord qiymətlə satışa çıxarılıb.

Cagdas.az xəbər verir ki, Moslenta-nın yaydığı məlumata görə, söhbət Patriarşı gölləri yaxınlığında tikilən elit yaşayış kompleksində yerləşən yeraltı parkinqdən gedir. Buradakı bir maşın yeri 45,6 milyon rubla (təxminən 958 min manat) satışa çıxarılıb ki, bu da üçotaqlı mənzilin qiymətinə bərabərdir.

Daşınmaz əmlak bazarı nümayəndələrinin sözlərinə görə, həmin “de luxe” sinifli yaşayış kompleksində parkinq yerlərinin qiyməti 22,3 milyon rubldan (təxminən 468 min manat) başlayır.

Analitiklər bildirirlər ki, hazırda Moskvanın yeni tikililərində bir maşın yerinin orta qiyməti təxminən 3,8 milyon rubl (təxminən 80 min manat) təşkil edir. Ən ucuz variantları isə Yeni Moskva ərazisində təxminən 468 min rubla (təxminən 10 min manat) tapmaq mümkündür./Musavat.com/