ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri ən azı noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinə qədər İranla qarşıdurmanın genişmiqyaslı hərbi münaqişəyə çevrilməsinin qarşısını almağa çalışırlar.
Çağdaş.Az xəbər verir ki, bu barədə Reuters Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Vaşinqton hətta seçkilərdən sonra da genişmiqyaslı hərbi əməliyyatlara qayıtmamaq xəttini davam etdirə bilər.
Məlumata əsasən, hazırkı mərhələdə Ağ Ev Tehrana qarşı maksimum iqtisadi təzyiq siyasətini davam etdirməklə ABŞ-ın şərtlərinə uyğun razılaşma əldə etməyə çalışır.
Eyni zamanda, bölgədə iri hərbi əməliyyatların olmaması ABŞ ordusuna Yaxın Şərqdəki qüvvələrini gücləndirmək imkanı yaradır.
Reuters yazır ki, Vaşinqton İranın bölgədəki ABŞ hədəflərinə zaman-zaman zərbələr endirəcəyini gözləyir.
Bununla belə, Tramp administrasiyası belə hücumlara genişmiqyaslı müharibəyə səbəb olmayacaq şəkildə, məhdud və ölçülü cavab verməyi planlaşdırır. Məqsəd mümkün eskalasiyanın Respublikaçılar Partiyasının aralıq seçkilərindəki mövqeyinə mənfi təsir göstərməsinin qarşısını almaqdır.
ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də baş tutacaq. Seçkilərdə Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenilənəcək.
Hazırda Konqresin hər iki palatasında çoxluq Republican Partynın nəzarətindədir.
Xəqani Əzizli
















