Beşqat “Qızıl top” mükafatı sahibi, portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu model Cocrina Rodriges ilə ailə həyatı qurub.
Cagdas.az xəbər verir ki, Ronaldu toy atributları olan fotosunu sosial şəbəkələrdə paylaşsa da, təfərrüatları açıqlamayıb.
Nikahdan əvvəl Cocrina 10 ildən çox idi ki, “nişanlı” statusunda idi. Bu müddət ərzində onların iki ortaq övladı dünyaya gəlib: Alana Martina 2017-ci ilin noyabrında, Bella Esmeralda isə 2022-ci ilin aprelində doğulub. Onlar həmçinin Ronaldunun digər üç övladını — kiçik Kriştianunu və əkizlər Eva ilə Mateonu da birlikdə böyüdürlər.
Əvvəllər Ronaldu jurnalist Pirs Morqana verdiyi müsahibədə toyun 2026-cı il dünya çempionatından sonra və Səudiyyə Ərəbistanı çempionatının yeni mövsümü başlamazdan əvvəl baş tutacağını bildirmişdi. Onun sözlərinə görə, mərasimin dar çərçivədə keçirilməsi planlaşdırılırdı, çünki Rodriges dəbdəbəli təntənələri sevmir.
Ronaldunun 41, Rodrigesin isə 32 yaşı var. Cütlük 2016-cı ildən birlikdədir, 2025-ci ilin avqustunda isə futbolçu sevgilisinə evlilik təklifi edib.(modern.az)
















