Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərində hər hansı soyuqluq yaşanmadığını bildirib.
Cagdas.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.
Baş nazirin sözlərinə görə, diplomatik münasibətlərdə və ya birgə gündəlikdə müəyyən fikir ayrılıqlarının yaranmasına baxmayaraq, İrəvanın Moskvaya münasibəti dəyişməyib.
“Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyuq olmayıb. Heç nə dəyişməyib”, – deyə Paşinyan vurğulayıb.
O, Ermənistan Atom Elektrik Stansiyasının gələcəyi ilə bağlı Rusiyadan başqa ölkələrin də təkliflərinin nəzərdən keçirilməsinə aydınlıq gətirib.
Paşinyan bildirib ki, Ermənistan ən sərfəli variantı müəyyənləşdirməyə çalışır və bu məsələnin siyasi motivlərlə əlaqəsi yoxdur.
Baş nazir dəmir yolu infrastrukturu ilə bağlı müzakirələrə də toxunub. Onun sözlərinə görə, İrəvan bu sahədə də optimal həll yolu axtarır.
“Əgər rusiyalı həmkarlarımız öz variantlarını təklif edə bilərlərsə, biz onu nəzərdən keçirməyə hazırıq”, – deyə Paşinyan qeyd edib.\modern.az\


