• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.9° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Rusiya mediası Türkiyəni “bombaladı” – SƏBƏB

13 Avqust, 26 / 13:55
A A

Türkiyənin Ukraynaya ABŞ istehsalı uzaqmənzilli raket və artilleriya sistemləri verməyə hazırlaşması Rusiya mediasında sərt reaksiyalara səbəb olub. 

Çağdaş.Az xəbər verir ki, “Svobodnaya Pressa” bu barədə material dərc edib. Məlumata görə, söhbət 12 ədəd M270 reaktiv yaylım atəşi sistemi, 70 ədəd M39 ATACMS ballistik raketi, 2 524 ədəd M26 raketi və 47 min 203 millimetrlik M509A1 kasetli artilleriya mərmisindən gedir. ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi bildirişdə bu silahların Türkiyədən Ukraynaya ötürülməsinə dair prosedurun başladığı qeyd olunur.
Xüsusilə ATACMS raketlərinin verilməsi Moskvanın narahatlığını artıran məqam kimi qiymətləndirilir. M39 versiyasının təxminən 165 kilometrədək məsafədə hədəflərə zərbə endirmək imkanına malik olduğu bildirilir. M270 sistemləri isə həm ATACMS, həm də M26 və digər uyğun raketlərdən istifadə edə bilir.
Rusiya mediasında bu addım Ankaranın Ukrayna məsələsində Qərblə hərbi əməkdaşlığının dərinləşməsinin göstəricisi kimi təqdim edilir. Xüsusilə kasetli sursatların böyük həcmdə ötürülməsi ciddi müzakirə mövzusudur. “Human Rights Watch” da ABŞ Konqresinə müraciət edərək Türkiyənin bu sursatları Ukraynaya verməsinin qarşısının alınmasını istəyib və onların mülki əhali üçün uzunmüddətli təhlükə yaratdığını bildirib.
На фото: запуск баллистической ракеты ATACMS на военном полигоне.

Moskva üçün məsələnin başqa bir həssas tərəfi isə Türkiyənin NATO üzvü olmasıdır. Ankara son illərdə Rusiya ilə iqtisadi və diplomatik əlaqələri qorusa da, eyni zamanda Ukraynaya müxtəlif növ hərbi texnika və sursatların verilməsində iştirak edib. Yeni paket bu ziddiyyətli siyasətin daha bir nümunəsi kimi qiymətləndirilir.
Bununla belə, 70 ATACMS raketinin Ukraynaya verilməsi müharibənin gedişini köklü şəkildə dəyişəcəkmi, bunu indidən demək çətindir. Raketlərin real təsiri onların hansı hədəflərə qarşı, hansı intensivlikdə və Rusiyanın hava hücumundan müdafiə imkanları şəraitində istifadə edilməsindən asılı olacaq. Ona görə də Rusiya mediasında səslənən “Ukraynaya verilən raketlərin böyük hissəsi artıq məhv edilib” və “ATACMS-in effektivliyi cəmi bir neçə faizdir” kimi konkret rəqəmlərə ehtiyatla yanaşmaq lazımdır.

Qeyd edək ki, Türkiyənin bu addımı Ankara ilə Moskva arasındakı münasibətlərdə yeni gərginlik yarada bilər. Əsas məsələ 70 raketin özündən daha çox, Türkiyənin NATO çərçivəsində Ukraynaya hərbi dəstəyini hansı səviyyəyə qədər artıracağıdır. Ankara Rusiya ilə iqtisadi əlaqələri qorumaqda davam etsə də, Ukraynaya belə geniş silah paketinin verilməsi onun Qərb təhlükəsizlik sistemindən tam uzaqlaşmaq niyyətində olmadığını göstərən ciddi siyasi mesajdır./Musavat.com/

Bənzər Xəbərlər

Dünya

Putin ölkəsinə yeni təhlükələrdən danışdı - Bakıdan reaksiya

Avqust 13, 2026
Dünya

Varlılar üçün ŞOK XƏBƏR: 600 nəfərin vizası birdən ləğv edildi

Avqust 13, 2026
Dünya

İqamətgahına 30 qadın gətirib – Səfirin “qonaqları” qalmaqal yaratdı

Avqust 13, 2026
Dünya

Dəhşətli havalar gəlir: rekord qırılacaq – Tarix

Avqust 13, 2026
Dünya

Uitkoff ABŞ-a qaytarılan Robert Gilmanla görüşdü

Avqust 12, 2026
Dünya

Tramp: İrana etibar etmirəm

Avqust 12, 2026

XƏBƏR LENTİ

Sabahın havası AÇIQLANDI

13 Avqust, 26 / 14:56

Putin ölkəsinə yeni təhlükələrdən danışdı - Bakıdan reaksiya

13 Avqust, 26 / 14:41

“Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı

13 Avqust, 26 / 14:26

50 yaşdan yuxarı şəxslərin NƏZƏRİNƏ

13 Avqust, 26 / 14:11

Rusiya mediası Türkiyəni “bombaladı” – SƏBƏB

13 Avqust, 26 / 13:55

Varlılar üçün ŞOK XƏBƏR: 600 nəfərin vizası birdən ləğv edildi

13 Avqust, 26 / 13:39

Əhaliyə 6,2 milyard manat ödənildi

13 Avqust, 26 / 13:23

DİQQƏT! Yeni cərimə sistemi təklifi – Bu şəxslər daha çox ödəyəcək

13 Avqust, 26 / 13:08

Azərbaycanda bu məşhur veriliş yenidən başlayır

13 Avqust, 26 / 12:49

Cinayətdə şübhəli bilinən 92 nəfər saxlanıldı

13 Avqust, 26 / 12:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.