Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Cəmiyyət

Rusiyada həbs olunan azərbaycanlı diaspor rəhbəri Ruslan Məmmədovla bağlı yeni məlumat ortaya çıxıb.

Cagdas.az  “Unikal”a istinadən xəbər verir ki, R. Məmmədov Perm diyarı Cüdo Federasiyasının vitse-prezidenti imiş. Onun bu vəzifəyə 2025-ci ilin mart ayında təyin olunduğu bildirilir.

Qeyd edək ki, Ruslan Məmmədov Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyasının əməkdaşları tərəfindən saxlanılıb. Permin Leninski Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

O, rüşvət verməkdə vasitəçi olmaqda ittiham olunub. İstintaqın iddiasına görə, Məmmədov bir miqranta barəsindəki cinayət işinə xitam verilməsi üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına pul çatdıracağını vəd edib.

Məmmədovun həmçinin “Perm diyarı Azərbaycan Xalqları Assambleyası” regional ictimai təşkilatının fəallarından biri olduğu qeyd olunur.

Məlumata görə, Ruslan Məmmədov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.