Rusiyada miqrantların ölkədən çıxarılmasına səbəb olan inzibati hüquqpozuntuların siyahısı əhəmiyyətli dərəcədə genişləndiriləcək.
Çağdaş.Az Referans Media-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, ilkin layihədə deportasiyanı nəzərdə tutan İnzibati Xətalar Məcəlləsinin maddələrinin sayının 22-dən 43-ə çatdırılması planlaşdırılırdı. Lakin qanun layihəsinə daxil edilən əlavə düzəlişlərdən sonra bu rəqəm 45-ə yüksəlib.
Beləliklə, qəbul ediləcək dəyişikliklərə əsasən, miqrantlar 45 müxtəlif inzibati hüquqpozuntusuna görə Rusiyadan çıxarıla biləcəklər. Hakimiyyət bu addımın miqrasiya sahəsində nəzarətin gücləndirilməsi məqsədi daşıdığını bildirir.















