• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.4° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rusiyadakı yanacaq böhranı Ermənistana təsir etmir – Azərbaycanla sülhün faydaları

21 Avqust, 26 / 12:21
A A

Rusiyada benzinin qıtlığı və yanacaq bazarında yaranan problemlər ölkə sərhədlərini aşaraq Rusiyadan böyük həcmdə neft məhsulları alan ölkələrə də təsir göstərməyə başlayıb.

Cagdas.az xatırladır ki, Rusiyada may ayından başlayan yanacaq böhranı avqustda yenidən kəskinləşib. Ukraynanın neft emalı zavodlarına hücumları, mövsümi tələbatın artması və emal güclərinin sıradan çıxması fonunda ölkənin müxtəlif regionlarında benzin çatışmazlığı yaranıb. Ən azı 10 regionda yanacaq satışına müxtəlif məhdudiyyətlər yenidən tətbiq edilib, Moskva ətrafında isə yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.

Rusiyanın özü artıq yanacaq idxal etməyə başlayıb. Hindistandan təxminən 68 min ton benzin yükünün Rusiyaya çatdırıldığı, Belarus və Qazaxıstandan dəmir yolu ilə yanacaq tədarükünün artırıldığı bildirilir. Moskva daxili bazarı sabitləşdirmək üçün benzin ixracına da məhdudiyyətlər tətbiq edib.

Bu vəziyyət Rusiyadan yanacaq idxalından ciddi şəkildə asılı olan Mərkəzi Asiya ölkələrini də çətin vəziyyətə salıb.

Rusiyadan asılı ölkələr sırasında Monqolustan da var. Bu ölkədə yanacaq bazarı Rusiyadan gələn tədarükdən yüksək dərəcədə asılıdır. Yanacaq çatışmazlığı fonunda ölkədə benzin satışının məhdudlaşdırılması və avtomobillərin dövlət nömrə nişanlarının cüt və ya tək olmasına görə yanacaq doldurulması kimi tədbirlər gündəmə gəlib.

Qırğızıstan da ölkə benzinin 90 faizindən çoxunu Rusiyadan alır. Rusiya tədarükündə yaranan problemlərdən sonra Bişkek Qazaxıstan, Belarus, Azərbaycan, Özbəkistan və Türkmənistandan yanacaq tədarükünün artırılmasını istəyib. Ölkənin bəzi yanacaqdoldurma məntəqələrində AI-95 benzini ilə bağlı çatışmazlıq da qeydə alınıb.

Tacikistanın neft məhsulları idxalında Rusiyanın payı 2026-cı ilin ilk yarısında 91,1 faiz təşkil edib. Yanvar-iyun aylarında ölkəyə təxminən 600 min ton neft məhsulu idxal olunub.

Özbəkistan isə Mərkəzi Asiyanın digər dövlətlərindən fərqli olaraq öz neft emalı və istehsal imkanlarına malikdir. Buna görə Rusiyadakı böhranın təsiri nisbətən məhdud olsa da, artan daxili tələbat və idxaldan asılılığın yüksəlməsi bazara təzyiq yaradır. Özbəkistanda benzin, dizel və aviasiya yanacağı bazarında gərginliyin artdığı bildirilir.

Bu vəziyyət Rusiyanın regiondakı yanacaq bazarında uzun illər ərzində formalaşdırdığı dominant mövqeyin də sarsıldığını göstərir. Mərkəzi Asiya ölkələri hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Belarus, Çin və digər alternativ mənbələrdən tədarük imkanlarını genişləndirməyə çalışırlar.

Ermənistan isə Rusiyadan asılılığını əvvəlcədən azaltmağa başlayıb. Əvvəllər Ermənistanın yanacaq idxalında Rusiyanın payı çox yüksək olsa da, son illərdə tədarük coğrafiyası genişlənib. 2026-cı ilin ilk rübündə Ermənistana idxal olunan benzinin yalnız 7,4 faizi Rusiyanın payına düşüb. Həmin dövrdə əsas tədarükçülər Bolqarıstan, Rumıniya və Belçika olub. Azərbaycanın da Ermənistanın benzin idxalında payı 5,2 faiz təşkil edib.

Bu səbəbdən Rusiyadakı yanacaq böhranının Ermənistan bazarına təsiri digər yüksək asılı ölkələrlə müqayisədə daha məhdud olub. Bununla belə, Ermənistanda da yanacağın qiyməti artır. Ermənistanın rəsmi statistikasına istinad edən məlumatlara görə, 2026-cı ilin iyulunda benzin illik ifadədə 7,4 faiz, dizel yanacağı isə 14,3 faiz bahalaşıb.

Beləliklə, Rusiyada başlayan yanacaq böhranı artıq yalnız daxili bazarın problemi deyil. Moskvanın özünün xaricdən benzin almağa başlaması və qonşu ölkələrə tədarükün azalması Rusiyanın enerji ixracatçısı kimi mövqeyinin üzləşdiyi yeni təzyiqi göstərir.(modern.az)

 

Bənzər Xəbərlər

Cəmiyyət

Kəlbəcərə dolu düşüb

Avqust 21, 2026
Cəmiyyət

Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…

Avqust 21, 2026
Cəmiyyət

Bakıda qadın ərini döydüyünə görə 1000 manat cərimələndi

Avqust 21, 2026
Cəmiyyət

“Qarabağ”ın “Tvente” üzərində qələbəsi Azərbaycana nə qazandırdı? – UEFA reytinqi

Avqust 21, 2026
Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi DƏYİŞDİRİLDİ

Avqust 21, 2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100
Cəmiyyət

Magistr olmaq istəyənlərə yeni fürsət – DİM açıqladı

Avqust 21, 2026

XƏBƏR LENTİ

Kəlbəcərə dolu düşüb

21 Avqust, 26 / 13:42

Pensiya ilə bağlı mühüm anons: yığılan pulu tez almaq üçün…

21 Avqust, 26 / 13:28

Bakıda qadın ərini döydüyünə görə 1000 manat cərimələndi

21 Avqust, 26 / 13:14

“Qarabağ”ın “Tvente” üzərində qələbəsi Azərbaycana nə qazandırdı? – UEFA reytinqi

21 Avqust, 26 / 13:00

Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrutun hərəkət sxemi DƏYİŞDİRİLDİ

21 Avqust, 26 / 12:48

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

21 Avqust, 26 / 12:35

Rusiyadakı yanacaq böhranı Ermənistana təsir etmir – Azərbaycanla sülhün faydaları

21 Avqust, 26 / 12:21
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 100

Magistr olmaq istəyənlərə yeni fürsət – DİM açıqladı

21 Avqust, 26 / 12:07

Paşinyan Rusiyadakı səfiri geri çağırır

21 Avqust, 26 / 11:54

BMW 5, 7 və 8 seriyalarını geri çağırır – Təhlükəsizlik riski aşkarlanıb

21 Avqust, 26 / 11:45
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.