• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20.4° Weather Columbus
$
1.7
€
1.9696
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı

19 Avqust, 26 / 15:57
A A

Bəxtiyar Həsənovun qanunsuz deportasiyasına yalan məlumatlarla haqq qazandırmağa çalışırlar; Moskva–Bakı münasibətlərində yeni gərginlik siqnalı…

Rusiyanın “Svobodnaya Pressa”(SP) nəşri Moskvadakı Azərbaycan diasporasının rəhbəri Bəxtiyar Həsənovun Rusiyadan deportasiya edilməsi barədə geniş yazı dərc edib.

Cagdas.az xəbər verir ki, nəşr iddia edir ki, azərbaycanlılar arasında “dayı Bəxtiyar” kimi tanınan Bəxtiyar Həsənov 2022-ci ildə Moskva Azərbaycan diasporasının rəhbəri seçilib. Onun rəhbərliyi dövründə Azərbaycan diasporasının Rusiyada təsir imkanlarının artdığı, Azərbaycan Mədəniyyət Mərkəzi üçün yeni binanın ayrılmasına nail olduğu bildirilir.

На фото: Бахтияр Гасанов

“SP” iddia edir ki, Həsənovun fəaliyyəti təkcə biznes və soydaşlarına yardım məsələləri ilə məhdudlaşmayıb, zaman keçdikcə siyasi və ictimai sahəyə də yayılıb. Nəşrin diqqət çəkdiyi məqamlardan biri Həsənovun Azərbaycan yazıçılarının toplantısını təşkil etməsi və Rusiya mediasında “Azərbaycan məsələsinin” işıqlandırılması ilə bağlı tənqidlər səsləndirməsidir.

Məqalədə Həsənovun Rusiyada ciddi təsirə malik olduğu və rəhbərlik etdiyi diaspor təşkilatının ölkədə aparıcı azərbaycanlı diaspor strukturlarından birinə çevrildiyi iddia edilir. Nəşr onun deportasiya edilməsini isə “qırmızı xətlərin keçilməsi” ilə əlaqələndirir.

“SP” bununla yanaşı, Rusiyada Azərbaycan diasporlarının rəhbərlərinə qarşı digər addımları da xatırladır. Bildirilir ki, iyul ayında Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib. Bunun səbəblərinin ictimaiyyətə açıqlanmadığı qeyd olunur.

Nəşr həmçinin 9 iyul 2025-ci ildə Moskva vilayətində Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimovun deportasiya edildiyini xatırladır. Rusiya tərəfinin açıqlamasına görə, deportasiya “Rusiya Federasiyasının milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlərə yol verilməsi” ilə əlaqələndirilib.

Məqalədə Rusiya–Azərbaycan münasibətlərində hazırkı gərginliyin əsas dönüş nöqtələrindən biri kimi Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinin saxlanılması göstərilir. Rusiya hüquq-mühafizə orqanlarının qətl və qətlə cəhd işləri üzrə araşdırma çərçivəsində saxladığı Şahin Şıxlinski və Yusif Xəlilovun adları çəkilir.

Nəşr Rusiya tərəfindən atılan addımlara cavab olaraq Bakının da bir sıra rusiyalı jurnalist və siyasi ekspertlərlə bağlı cinayət təqibi başlatdığını yazır.

Azərbaycan Baş Prokurorluğunun məlumatına istinad edən nəşr Rusiyanın üç vətəndaşının – Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müşaviri Aleksey Çadayevin, “Moskva 24” telekanalının aparıcısı İvan Knyazevin və politoloq Semyon Uralovun beynəlxalq axtarışa verildiyini bildirir.

Nəşrin yazdığına görə, həmin şəxslər terrora çağırışda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına çağırışda və milli ədavətin qızışdırılmasında ittiham olunurlar. Cinayət işinin əsaslarından biri kimi Uralovun “YouTube” kanalında yayımlanan proqramlarda səsləndirilən fikirlər göstərilir.

“Svobodnaya Pressa” Bakının bu addımını da tənqidi şəkildə qiymətləndirir və Azərbaycan qanunvericiliyinin Rusiyada, Azərbaycan ərazisindən kənarda aparılan siyasi və media müzakirələrinə tətbiq edilməsinin beynəlxalq hüquq baxımından mübahisəli olduğunu iddia edir.

Məqalədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Kabanovun fikirlərinə də yer verilir. Kabanov iddia edir ki, Azərbaycan diasporlarının rəhbərləri Rusiyanın iqtisadiyyatına təsir imkanlarını artırıb və sonradan siyasi proseslərə də müdaxilə etməyə başlayıblar.

Kabanovun sözlərinə görə, Moskva üçün əsas problem iqtisadi məsələlərdən daha çox siyasi təsir cəhdləridir. O, Azərbaycanın xarici siyasətində Rusiyadan uzaqlaşaraq Türkiyə və Qərbə yaxınlaşdığını iddia edir.

Вадим Трухачев: Поведение Пашиняна и его окружения диктуется извне -  ИНТЕРВЬЮ - Oxu.az

Politoloq Vadim Truxaçev isə daha sərt mövqe nümayiş etdirərək Rusiyada fəaliyyət göstərən azərbaycanlı diaspor strukturları ilə bağlı viza rejiminin tətbiq edilməsini təklif edir. O, Azərbaycanın xarici siyasətində əsas istiqamətlərin Türkiyə, Böyük Britaniya və müəyyən mənada ABŞ olduğunu bildirir.

Məqalədə Azərbaycan diasporlarının Rusiyanın iri şəhərlərində biznes sahəsində ciddi mövqelər əldə etdiyi də iddia olunur. Nəşr bunu Rusiya hakimiyyətinin uzun müddət diqqətdən kənarda saxladığı proses kimi təqdim edir. 

Məqalədən belə aydın olur ki, son baş verənlər Rusiyada Azərbaycan diaspor strukturlarına qarşı daha genişmiqyaslı hücumları yeni başlanğıcıdır. Çünki Moskva ilə Bakı arasında son dövrdə müəyyən diplomatik təmasların və münasibətlərin normallaşdırılması cəhdlərinin olmasına baxmayaraq, diaspor məsələsində Rusiyanın mövqeyində sərtləşmə müşahidə olunur…/Musavat.com/

Bənzər Xəbərlər

Cəmiyyət

Bu ilin ilk yarısında Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb – Deputat

Avqust 19, 2026
Cəmiyyət

Payızda qiymət artımı gözləntisi

Avqust 19, 2026
Cəmiyyət

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? – RƏSMİ AÇIQLAMA

Avqust 19, 2026
Cəmiyyət

İş saatları ən çox və ən az olan sahələr – SİYAHI

Avqust 19, 2026
Cəmiyyət

Azərbaycanın axtarışa verdiyi rusiyalı nazir müşaviri İSTEFA VERDİ

Avqust 19, 2026
Cəmiyyət

Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR

Avqust 19, 2026

XƏBƏR LENTİ

Bu ilin ilk yarısında Azərbaycan üzərindən 16 milyon 651 ton yük danışıb – Deputat

19 Avqust, 26 / 17:21

Payızda qiymət artımı gözləntisi

19 Avqust, 26 / 17:07

İstifadə edilməyən BakıKart QR biletlərinin məbləği sərnişinə qaytarılır? – RƏSMİ AÇIQLAMA

19 Avqust, 26 / 16:53

Qurban Qurbanovdan AÇIQLAMA

19 Avqust, 26 / 16:39

İş saatları ən çox və ən az olan sahələr – SİYAHI

19 Avqust, 26 / 16:25

Azərbaycanın axtarışa verdiyi rusiyalı nazir müşaviri İSTEFA VERDİ

19 Avqust, 26 / 16:11

Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı

19 Avqust, 26 / 15:57

Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR

19 Avqust, 26 / 15:45

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

19 Avqust, 26 / 15:32

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

19 Avqust, 26 / 15:18
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.