“Rosselxoznadzor” (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) Ermənistandan süd məhsullarının idxalını məhdudlaşdıracaq.
Cagdas.az xəbər verir ki, “Rosselxoznadzor” 27 iyul tarixindən etibarən Ermənistandan Rusiyaya süd məhsullarının idxalına məhdudiyyət tətbiq olunduğunu elan edib. “Rosselxoznadzor” əvvəllər də Ermənistandan balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq etmişdi.
Yeni məhdudiyyətlərin səbəbləri hələlik aydınlaşdırılmayıb.(ölkə.az)
















