Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür

Cəmiyyət

Rusiyadan Ermənistana köçənlərin sayında yenidən kəskin artım müşahidə olunur və bu, artıq 2022-ci ildəki səviyyəyə yaxınlaşıb.

Cagdas.az xəbər verir ki, bu barədə “Verstka” nəşri Ermənistandakı daşınmaz əmlak agentlərinə istinadən məlumat yayıb.

Rieltorların sözlərinə görə, son bir neçə ayda İrəvanda mənzil kirayəsi qiymətləri təxminən 30% artıb. Onlar bunu Ermənistana gələn yeni rusiyalı miqrant axını ilə əlaqələndirirlər.

Mənbənin bildirdiyinə görə, son illərdə onların müştərilərinin əksəriyyətini artıq İrəvanda yaşayan rusiyalı mühacirlər təşkil edirdi. Hazırda isə müştərilərin təxminən 80%-i Ermənistana yeni gələn və ya yaxın vaxtlarda köçməyi planlaşdıran Rusiya vətəndaşlarıdır.

Rieltorlar bildirirlər ki, yeni tələbat dalğası may bayramlarından sonra başlayıb və getdikcə güclənir. Müştərilərin bir hissəsi artıq avqustun sonu və sentyabr ayı üçün mənzil axtarır.

“Verstka”nın həmsöhbətlərindən biri iddia edir ki, Rusiyanı tərk edənlərin bir qismi sentyabrın 18–20-də keçiriləcək Dövlət Dumasına seçkilərdən əvvəl ölkədən çıxmağa çalışır.(modern.az)