Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə

Cəmiyyət

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Cagdas.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.

Bildirilib ki, Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə, İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq:

“Göyçay EŞ-yə daxil olan şəhər ərazisində saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtərin Sarıcalı və Gülabadlı kəndlərini əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”.(metbuat.az)