Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah 8 qəsəbə və 4 kənddə qaz olmayacaq

Cəmiyyət

Azəriqaz” İstehsalat Birliyi təmir-quraşdırma işləri ilə əlaqədar sabah bəzi yaşayış məntəqələrində qaz təchizatının müvəqqəti dayandırılacağını açıqlayıb.

Cagdas.az xəbər verir ki, işlər iyulun 30-da saat 08:00-da başlayacaq və başa çatanadək Xırdalan şəhərinin bir hissəsinə, eləcə də Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinə təbii qazın verilişində fasilə yaranacaq.

Bundan başqa, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin sakinləri də bu müddətdə qazsız qalacaqlar.

“Azəriqaz” abonentlərdən aparılan işləri nəzərə almalarını və müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edib.(sfera.az)