Sosial şəbəkələrdə Göyçay rayonunun Alxasaba kənd məktəbinin keçmiş direktoru Əzizov Tariyel Babir oğlu ilə bağlı görüntülər yayılıb.
Sözügedən görüntülərlə bağlı Tariyel Əzizov redaksiyamıza müraciət edərək məsələ ilə bağlı açıqlama verib.
Cagdas.az bildiriri ki o, Yeniera.az-a açıqlamasında bildirib ki, kadrlardakı hadisələr göründüyü kimi baş verməyib.
Sabiq məktəb direktoru qeyd edib ki, iyunun 23-də Alxasava kənd sakini Qasımov Cavanşir kənd məscidində onu görüşə dəvət edib.
Görüş zamanı ondan təkidlə vəzifəsindən istefa verməsini tələb edib.
T. Əzizov isə bunun səbəbini öyrənməyə çalışıb. Qasımov Cavanşir isə ona cavabında bildirib ki, bundan öncə də həmin məktəbdə çalışmış bir neçə direktoru vəzifəsindən şərləyərək uzaqlaşdırıblar.
Onun da bu aqibəti yaşamaması üçün könüllü şəkildə məktəbdən getməsini istəyib. Cavanşir Qasımov Tariyel Əzizova deyib ki, əvvəllər bu məktəbin direktoru olmuş Füzuli müəllimi də işdən o çıxartdırıb, əvəzinə isə Qabil müəllimi vəzifəyə gətirdim. C.Qasımov bildirib ki, eyni zamanda, o, kənd bələdiyyə sədri Bəhman bəyi də işdən çıxartdığını, onun yerinə Nəsrullah bəyi təyin etdirdiyini söyləyib.
Keçmiş direktor iddia edib ki, bu ona qarşı qurulan bir oyundur və bu məsələnin arxasında bir çox şəxs dayanır. Onların da hamısı Cavanşir Qasımovun yaxın qohumlarıdır.
T. Əzizov bildirib ki, bu şəxslərdən biri Rauf İsmayılovdur. Həmin şəxs Göygöl rayon icra nümayəndəsinin müavinidir.
O, əlavə edib ki, mətbuatda yayılan görüntülər həqiqəti əks etdirmir və bu məsələnin arxasında duran şəxslər mənim şəxsiyyətimi alçaltmaq istəyirlər.
Onun sözlərinə görə, T. Əzizov dəfələrlə kənd sakinləri və rayon icra nümayəndələri ilə danışıb, lakin onlar bildirirlər ki, tək istəkləri direktorun məktəbdən çıxıb getməsidir.
Keçmiş direktorun sözlərinə əsasən, o, məktəbdə direktor olduğu zaman bir çox təhlükəsizlik tədbirləri həyata keçirilib. Məktəbin bütün dəhlizlərinə, sinif otaqlarına kameralar quraşdırılıb.
Sonda sabiq direktor deyib ki, bu saxta məlumatların yayılmasında iştirak edənlər, vasitəçilik edən şəxslərin hamısı hüquqi cəhətdən cavab verəcək, məsuliyyətə cəlb olunacaqlar. Azərbaycan hüquqi dövlətdir və qanunun aliliyi hər zaman təmin edilir. Məsələ ilə bağlı kənd sakinlərindən bir neçəsi bizə müraciət edərək bildiriblər ki, Tariyel bəy direktor təyin edildikdən sonra məktəbdə nizam-intizam güclənib, təhsilin keyfiyyəti daha da artıb və bu
“İnanıram ki, aidiyyatı qurumlar da mənə qarşı atılan bu çirkin addımlara hüquqi qiymətin verilməsini təmin edəcəklər”.
Məsələ ilə bağlı sakinlər Göyçay rayon polis şöbəsinə müraciət ediblər, iş məhkəməyə göndərilib. Məhkəmə yetərli sübut olmadığından məsələyə xitam verib.
“Bu da ona dəlalət edir ki, sözügedən məsələ mənə qarşı aparılan çirkin oyundur. Sonda media nümayəndələrindən xahişim odur ki, məsələyə ədalətli yanaşsınlar, hadisənin mahiyyətini olduğunu kimi, şişirtmədən təqdim etsinlər”.
Qeyd edək ki, sön günlər sosial şəbəkələrdə adı hallanan keçmiş direktor ard-arası kəsilməyən hədə-qorxulara dözə bilməyərək öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Xatırladaq ki, T.Əzizov 2003-cü ildə ADPU-nun Riyaziyyat fakültəsini bitirib. Daha sonra təyinatla Göyçay rayon ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi çalışıb. 2023-cü ildə Mərkəzi Aran Təhsil İdarəsinin keçirdiyi direktor müavinlərinin işə qəbulu müsabiqəsində həm imtahan, həm də müsahibə mərhələsində uğur qazanaraq İlçəkənd ümumi orta təhsil məktəbinə direktor təyin olunub. 2024-cü ildə yenidən Mərkəzi Aran Təhsil İdarəsinin keçirdiyi direktorların işə qəbulu müsabiqəsində uğur qazanaraq 2025-ci ildə Alxasava ümumi orta təhsil məktəbinə direktor təyin edilib.
















