Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Şadlıq saraylarında qiymətlər bahalaşdı – VİDEO

Cəmiyyət

Toyların başlamasına sayılı günlər qalıb. Artıq şadlıq saraylarında yeni mövsümə son hazırlıq işləri aparılır.

Cagdas.az xəbər verir ki, təxminən 2 aya yaxın müddətdir ki, toy mərasimlərinin keçirliməsində yaranan fasilə bir neçə gün sonra başa çatır. Bununla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi şadlıq saraylarında artıq tarixlər əvvəlcədən müəyyən olunub. İnzibatçıların sözlərinə görə, hətta elə müştərilər var ki, 5 ay əvvəldən tarix təyin ediblər. Ötən illə müqayisədə tələbatın artıdığı da deyilir.

İnzibatçıların sözlərinə görə, qiymətlərdə təxminən 10 faiz artım var. Maksimal məbləğ müştərinin istəyindən asılı olaraq dəyişə bilir. Minimal qiymətlər isə şadlıq evlərinə, göstərilən xidmətə uyğun dəyişir.

İnzibatçılar menyularda bahalaşmaya səbəb kimi ətin qiymətinin artmasını göstərirlər.

Qeyd edək ki, iyun ayının 16-dan təxminən 2 ay müddətində, yəni avqustun 14-dək Məhərrəm və Səfər ayları ilə əlaqədar olaraq şadlıq məclislərinin keçirilməsində fasilələr yaranmışdı.

Daha ətraflı Xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialında:(modern.az)