Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.
Cagdas.az“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Anti-Korrupsiya Komitəsindən məlumat verilib.
Bildirilir ki, Robert Köçəryan və oğlu Sedrakın da iştirak etdiyi cinayət işi çərçivəsində Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edək ki, cinayət işi çərçivəsində 3 nəfər həbs edilib, bir nəfər isə ev dustaqlığına buraxılıb.
Məlumata görə, ev dustaqlığına buraxılan şəxs 1999-2009-cu illərdə hökumət bağlarının təsərrüfat müdiri işləmiş Aramais Voskanyandır. Onun həyat yoldaşı və iki qızı isə həbs olunaraq dəmirlər arxasına göndərilib.\musavat.com\
















